Gürcüstan Parlamentinin Sədri: Azərbaycanla münasibətlər xalqlararası dostluq və əməkdaşlığa əsaslanır - FOTO
Gürcüstan və Azərbaycanın eyni vaxtda müstəqillik elan etməsindən yüz ildən çox vaxt keçir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan Parlamentinin Sədri Şalva Papuaşvili Tbilisidə 28 May - Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.
Spiker bildirib ki, bu hadisə təkcə ölkə üçün deyil, həm də regional əhəmiyyət daşıyırdı: “O vaxt əcdadlarımız sivil dünyanın qabaqcıl xalqlarını təmsil etdiklərini təsdiqlədilər, çünki Gürcüstan parlamentdə mütərəqqi sosial-demokrat çoxluğu seçən ilk ölkə, Azərbaycan isə demokratik idarəçiliyə malik ilk müsəlman ölkəsi idi”.
Papuaşvili qeyd edib ki, Sovet İttifaqının süqutundan sonra hər iki ölkə azadlıq, suverenlik və demokratik idarəetmənin inkişafı uğrunda mübarizə əzmi ilə yeni yola qədəm qoyub.
"O vaxtdan bəri ölkələrimiz arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edərək möhkəm və hərtərəfli strateji tərəfdaşlığa çevrilib.
Gürcüstan və Azərbaycan arasında dostluq və məhsuldar münasibətlər təkcə coğrafi yaxınlıq ilə bağlı deyil, həm də çağırışlarla dolu müasir dəyişən dünyada yeni və xüsusi əhəmiyyət kəsb edən çoxillik xalqlararası dostluq və əməkdaşlığa əsaslanır.
Mən şadam ki, qanunvericilik orqanlarımız arasında əlaqələr intensiv şəkildə inkişaf edir. Parlamentin ötənilki gündəliyi kifayət qədər gərgin idi. Azərbaycan Respublikasına səmərəli səfərlərimi hər zaman hərarətlə xatırlayıram. Bu il hörmətli həmkarım Sahibə Qafarovanı qonaq etdik. Gürcüstan Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında Əməkdaşlıq Memorandumu imzalamaqla biz parlamentlərarası əlaqələrimizi yeni səviyyəyə qaldırmışıq",- Papuaşvili deyib.
Spiker Cənubi Qafqazın geosiyasl əhəmiyyətinin artdığını vurğulayıb.
"Cənubi Qafqaz regionunun geosiyasi əhəmiyyəti artır. Ölkələrimiz vasitəsilə Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz təkcə ticarət yolu deyil, bu, bizim birgə səylərlə nəyə nail ola biləcəyimizin simvoludur. Biz əlaqələri və regional sabitliyi təşviq etmək üçün Azərbaycanla birgə işləməyə qəti şəkildə hazır olduğumuzu bildiririk. Biz infrastruktur, diplomatik və insani əlaqələr qurmağa davam edəcəyik - bu, xalqlarımızın və regionumuzun çiçəklənməsinə kömək edəcək. Azərbaycan xalqını bir daha Müstəqillik Günü münasibətilə təbrik edirəm. Ölkənizə sülh, gələcək inkişaf və tərəqqi arzulayıram" - Papuaşvili deyib.
Oxşar xəbərlər
Şalva Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçilib
ABŞ-nin “xarici agentlər”lə bağlı qanunu Gürcüstan parlamentində müzakirəyə çıxarılacaq
Gürcüstanda FARA qanunu müzakirəyə çıxarılır
Papuaşvili: AŞPA öz fundamental dəyərlərinə qayıtmalıdır
Papuaşvili: Brüsselin Gürcüstanla danışıqlara başlamaması açıq-aşkar qisas əlamətləri daşıyır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
