

Kiyevdə Azərbaycanın səfirliyi tərəfindən Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub
Kiyevdə Azərbaycanın Ukrayndakı səfirliyi tərəfindən Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub.
"Sizinxeber.az"un Şərqi Avropa bürosunun məlumatına görə, tədbirə Ukraynada yaşayan azərbaycanlılar və ölkənin ictimai-siyasi siyasi xadimləri ilə yanaşı, dövlət, hökumət, parlament rəhbərliyi, dövlət strukturlarının nümayəndələri də qatılıblar.
Qəbulda çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, 107-ci il əvvəl 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin qəbulu ilə bütün müsəlman Şərqində ilk parlamentli demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (ADR) əsası qoyulub.
Səfir qeyd edib ki, 107 il sonra, bu gün Azərbaycan müstəqil, suveren və demokratik ölkə kimi Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında özünün səmərəli idarəçiliyi, sosial-iqtisadi və insan kapitalının inkişafı, beynəlxalq aləmdə artan rolu və nüfuzu ilə Azərbaycan Xalq Cümhuriyyətinin arzu və ideallarını gerçəkləşdirir.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Ukrayna Ali Radası adından təbriklərini çatdıran spikerin müavini Olena Kondratyuk isə çıxışında bildirib ki, bu xüsusi bir bayramdır. Azərbaycan xalqının dünyaya xatırlatdığı gündür.
“Ukrayna və Azərbaycan strateji tərəfdaşdırlar. Üstəlik, biz tarixin, ortaq çağırışların və qarşılıqlı dəstəyin birləşdirdiyi dostuq. Biz Azərbaycana göstərdiyi humanitar yardıma, enerji sektorumuza verdiyi dəstəyə, dağılmış infrastrukturun bərpasına görə minnətdarıq. Qoy bu Müstəqillik Günü ümid, güc və birlik bayramı olsun! Ukrayna Parlamenti adından Azərbaycan xalqına sülh, firavanlıq və firavanlıq arzulayıram!”, deyə Olena Kondratyuk əlavə edib.
Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko isə bu ölkənin Xarici İşlər Nazirliyi adından Azərbaycan dövlətinə təbriklərini çatdırıb.
“Böyük məmnunluq hissi ilə strateji tərəfdaşımız olan, Rusiyanın təcavüzkar müharibəsinin başlanğıcından indiki mərhələyə qədər humanitar yardım göstərən və göstərməkdə davam edən Azərbaycan Respublikasının Müstəqillik Gününü təbrik edirəm. 2022-ci ilin fevral ayından Azərbaycanın göstərdiyi humanitar yardımın dəyəri 41 milyon dollardan çox olub”, deyə XİN müavini bildirib.
Oleksandr Mişenko, həmçinin qeyd edib ki, Ukrayna və Azərbaycanın ikitərəfli münasibətlərində diaspor mühüm yer tutur.
Daha sonra ölkəmizin füsunkar təbiətini, mədəniyyətini və incəsənətini təcəssüm etdirən videoçarx nümayiş olunub.
Xüsusi guşədə Azərbaycan istehsalı olan məhsulların təqdimatı tədbir iştirakçılarında böyük maraq doğurub.
Oxşar xəbərlər
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Kiyevdə Heydər Əliyevin vəfatının 21-ci ildönümü münasibətilə anım mərasimi keçirilib
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Türkiyədə Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Antalyada bıçaqlanıb - VİDEO - YENİLƏNİB
-
Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
MN: Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb
