Azərbaycanla Misir arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Misir Ərəb Respublikasının İslam Məsələləri Ali Şurasının Baş katibi Məhəmməd Əbdül Rəhim Əl-Bayumi ilə görüşüb.
"Report" xəbər verir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə multikulturalizm və tolerantlıq mühtinin qorunması, beynəlxalq miqyasda dinlərarası dialoqun dərinləşməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verən Ramin Məmmədov Azərbaycanla Misir arasında münasibətlərin dostluq və tərəfdaşlıq üzərində qurulduğunu qeyd edib.
İki ölkə arasında digər sahələrdə olduğu kimi dinlərarası dialoq, İslam dininin mütərəqqi dəyərlərinin təbliği istiqamətində əməkdaşlığın təkmilləşdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.
Misir Ərəb Respublikasının İslam Məsələləri Ali Şurasının Baş katibi göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Azərbaycanın mənəvi birliyə, birgəyaşayışa, dünyada sülh və anlaşmaya nail olunmasına xidmət edən təşəbbüslərinin yüksək dəyərləndirildiyini diqqətə çatdırıb. Qonaq qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir etdiyini vurğulayıb.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Ramin Məmmədov Misirdə bir sıra görüşlər keçirib
Ramin Məmmədov ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin üzvləri ilə görüşüb
ICESCO-nun baş direktoru: Azərbaycanın dinlərarası münasibətlərə töhfə verən təşəbbüsləri yüksək dəyərləndirilir
Azərbaycanla Misir arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Dövlət Komitəsinin nümayəndə heyəti Rumıniyada kilsə və monastırları ziyarət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
UNDP rəsmisi: "Dayanıqlı mənzil layihələrinə daha çox investisiya yönəldilməlidir"
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Azərbaycanda tekstil avadanlıqları sahəsində yeni dövlət standartları qəbul edilib
-
Prezidentin xüsusi nümayəndəsi: Xankəndidə 24 minə yaxın əhali yaşayır
