

Fərid Şəfiyev: Avropanın bəzi institutları tərəfindən Azərbaycana dair səslənən bəyanatlarda islamofobiya təzahürləri var
“Vaxtilə Azərbaycan da islamofobiya ilə üzləşib. Ermənistan - Azərbaycan münaqişəsi kontekstində Azərbaycanın irsi dağıdılıb”.
Sizinxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda 3-cü beynəlxalq konfransın yekunlarına dair mətbuat konfransında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.
O vurğulayıb ki, islamofobiya elementləri Avropanın bəzi institutlarının ölkəmizlə bağlı bəyanatlarında da özünü göstərir:
“Eyni zamanda indi də Ermənistanda bu proses baş verir. İkinci məsələ isə ondan ibarətdir ki, Avropa Parlamenti və Avropanın bəzi institutları tərəfindən Azərbaycana dair səslənən bəzi bəyanatlarda islamofobiya təzahürləri və elementləri var. Təəssüflər olsun ki, islamafobiya bu yanaşmanın tərkib hissəsidir”.
Mərkəz rəhbəri budəfəki beynəlxalq tədbirin mümkün nəticələri və gələcəkdə atılacaq addımlara da toxunub:
“Birincisi, artıq bu konfrans daimi bir platformaya çevrilib. Burada həm ənənəvi qonaqlar, həm də ilk dəfədir ki, burada iştirak edən ictimai-siyasi xadimlər var. İkinci nəticə isə ondan ibarətdir ki, bu sahədə artıq institutlaşma prosesi gedir. Bunun üçün də Qəyyumlar Şurası yaranacaq. Eyni zamanda tərəfdaşlarımızla birlikdə praktik addımların atılması barədə düşünmüşük. Bu addımlara birgə araşdırmaların aparılması, təkcə Azərbaycanda yox, xaricdə də konfransların, habelə islamofobiya ilə bağlı kursların təşkili və s. daxildir”.
Oxşar xəbərlər
Fərid Şəfiyev: İslamofobiya ilə bağlı Qəyyumlar Şurası yaradılacaq
Fərid Şəfiyev: Bakı islamofobiya ilə mübarizədə siyasi və elmi mərkəzə çevrilir
Prezident İlham Əliyev: Azərbaycan islamofobiya ilə mübarizəyə dair BMT-nin qətnamələrini alqışlayır
Fərid Şəfiyev: Azərbaycanın xarici siyasətində islamofobiya ilə mübarizə önəmli yer tutur
Bakıda islamofobiyaya qarşı beynəlxalq konfrans başa çatıb, yekun kommunike qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
