

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Çinə növbəti səfəri baş tutub
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çinin Pekin şəhərində keçirilən 11-ci Çin və Qloballaşma Forumuna tərəfdaş qismində qoşulub.
Bu barədə "Report"a Mərkəzdən məlumat verilib.
Bildirilib ki, forum çərçivəsində Çin-ABŞ, Çin-Avropa İttifaqı və Çin-Yaxın Şərq münasibətləri, süni intellekt sahəsində yeniliklər və demoqrafik çağırışlar kimi aktual mövzular ətrafında 15 panel müzakirəsi keçirilib. Bu müzakirələrdə Mərkəzin üzvləri də çıxışçı qismində iştirak ediblər.
Səfər çərçivəsində Mərkəzin üzvləri bir sıra yüksək səviyyəli görüşlər keçiriblər.
Xarici İşlər üzrə Çin Xalq İnstitutunun (CPIFA) prezidenti Vanq Çao ilə keçirilən görüşdə Mərkəz və Çin arasında əməkdaşlığın gələcək imkanları, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Üzvlər həmçinin Şanxay Əməkdaşlıq Təşkilatında baş katibi Nurlan Yermenbayev ilə də görüşdə olublar.
Görüşlər zamanı Mərkəzin təşkilatçılığı ilə hər il baş tutan Qlobal Bakı Forumunda Çin tərəfinin iştirakı və birgə əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub.
Ümumi müzakirələr zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin cari və gələcək fəaliyyət istiqamətləri, o cümlədən bu il Özbəkistanda və Nyu-Yorkda keçiriləcək ali səviyyəli toplantılar, eləcə də 2026-cı ildə Bakıda baş tutacaq Urban Forum barədə də fikir mübadiləsi aparılıb.
Səfər zamanı nümayəndə heyətinin iştirakı ilə Sinxua Universitetindin Şvartsman Kolecində “Multilateral Təşkilatlar Vasitəsilə Bəşəriyyətin Ortaq Qlobal Problemləri ilə Üzləşmək” mövzusunda tədbbir təşkil edilib. Tədbir çərçivəsində Mərkəzin üzvləri çıxışlar edərək beynəlxalq əməkdaşlığın gücləndirilməsi, Çinin müasir dünyadakı rolu və qlobal çağırışlara qarşı birgə həll yolları haqqında fikirlərini bölüşüblər. Tədbirdə iştirak edən tələbələrlə interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb.
Nümayəndə heyəti, o cümlədən Çin Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (CIISS) ilə də görüşdə olub və burada potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, səfər çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzini sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların yüksək vəzifəli şəxsləri – Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Sloveniyanın sabiqPrezidenti Borut Pahor, Şanxay Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Vladimir Norov, Avropa Parlamentinin sabiq vitse-prezidenti Rodi Kratsa, Monteneqronun sabiq müdafiə naziri Militsa Peyanoviç, Moldovanın sabiq Baş naziri Dumitru Bragiş və İspaniyanın sabiq xarici işlər naziri Ana Palacio təmsil ediblər.
Bu səfər Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Çin arasında münasibətlərin möhkəmləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və qlobal dialoqun təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr olub
NGBM-in baş katibi Azərbaycan səfiri ilə görüşüb
Azərbaybaycan və Maldiv XİN başçıları arasında görüş olub
Azərbaycan və Rusiya XİN-ləri arasında regional və Avropa təhlükəsizliyi üzrə məsləhətləşmələr olub - YENİLƏNİB
Azərbaycanla Moldova arasında ikitərəfli münasibətlər müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
