Avstriya Müsəlman Təşəbbüsünün sədri: Hər mövzuda islamın günahlandırılması ədalətsizlikdir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2025
16:00

Avstriya Müsəlman Təşəbbüsünün sədri: Hər mövzuda islamın günahlandırılması ədalətsizlikdir

27 may, 2025
16:00
443

Avstriya Müsəlman Təşəbbüsünün sədri: Hər mövzuda islamın günahlandırılması ədalətsizlikdir

Hər mövzuda islamın günahlandırılması ədalətsizlikdir.

“Sizinxeber.az” xəbər verir ki, bunu Avstriya Müsəlman Təşəbbüsünün (AMT) sədri Tarafa Baghajati Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransında panel sessiyada deyib.

T.Baghajati qeyd edib ki, bəzi faciələrdə islamın və müsəlmanların günahlandırılması normal hal almağa başlayıb:

"İslamofobiya elə bir məsələdir ki, ona qarşı ortaq səylər göstərilməlidir. Mühafizəkar qüvvələrə qarşı birgə fəaliyyət vacibdir. Yoxsa gün keçdikcə islamofobiyanın növləri adiləşir və normallaşdırılır".

Onun sözlərinə görə, Avstriyada islamofobiya ilə bağlı sənədləşdirmə mərkəzi fəaliyyət göstərir:

"Mərkəzin fəaliyyətində məqsəd islamofobiyanın mənfi imic formalaşdırmasının qarşısını almaqdır. Avstriyada islamın sui, siyasi məqsədlər üçün istifadəsinə qarşıyıq. Bizim başqa şansımız yoxdur. Dünya dəyişib və çətinliklər də yenidir. Mütləqdir ki, bu çətinliklərlə üzləşib mübarizə aparaq".

Bizimlə əlaqə saxlayın