Məhəmməd Şummari: İslamofobiya ilə mübarizədə KİV-in rolu gücləndirilməlidir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2025
14:00

Məhəmməd Şummari: İslamofobiya ilə mübarizədə KİV-in rolu gücləndirilməlidir

27 may, 2025
14:00
514

Məhəmməd Şummari: İslamofobiya ilə mübarizədə KİV-in rolu gücləndirilməlidir

Şumer Beynəlxalq Münasibətlər Fondunun (İraq) direktoru Məhəmməd Şummari islamofobiya ilə mübarizədə KİV-in rolunu gücləndirməyə çağırıb.

“Sizinxeber.az” xəbər verir ki, o, bunu Bakıda keçirilən “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfransda panel müzakirəsi zamanı bildirib.

Direktorun sözlərinə görə, bu prosesdə mədəni-maarifləndirici təşəbbüslər və kütləvi informasiya vasitələrinin fəal iştirakı mühüm rol oynamalıdır.

"İslamofobiyaya qarşı mübarizə mövzusunun qlobal informasiya gündəmində işıqlandırılmasını gücləndirmək, onun nəticələrinə diqqət çəkmək lazımdır", - Şummari qeyd edib.

O, həmçinin beynəlxalq arenada problemin hərtərəfli və dayanıqlı həlli üçün diplomatik səylərin vacibliyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın