İsrail Prezidenti: Azərbaycan regional və diplomatik dialoq üçün mühüm yol kəsişməsinə çevrilib
Azərbaycan və İsrail təhlükəsizlik, innovasiya, turizm, enerji, ticarət və bir çox böyük işlərdə ümumi məqsədlərə nail olmaq imkanını tapıb.
APA xəbər verir ki, bu barədə İsrail Prezidenti İsxak Hersoq Azərbaycan səfirliyində Müstəqillik Günü münasibətilə keçirilən tədbirə videomüraciətində bildirib.
İsrail Prezidenti Azərbaycan xalqını və dövlətini Müstəqillik Günü münasibətilə təbrik edərək, İsrail xalqı adından ən səmimi arzularını çatdırıb: “Bu Müstəqillik Günündə Azərbaycan Respublikasının tərəqqisini, məqsədini və qürurunu qeyd edərkən, İsrail xalqı və İsrail Dövləti adından ən səmimi təbriklərimi qəbul edin”.
İsrail Prezidenti deyib ki, Azərbaycan bu münasibətlər fonunda tolerantlıq, müxtəliflik və bərabərliyin simvoluna çevrilib: “Yəhudi və Azərbaycan xalqları arasındakı əlaqələr əsrlər və minilliklər boyu davam edir. Bu qədər uzun müddət ərzində Azərbaycan tolerantlıq, müxtəliflik, bərabərlik rəmzi, müxtəlif mədəniyyətlərdən olan insanlar və xalqlar arasında birgəyaşayış, hörmət və əməkdaşlığın mümkünlüyünün sübutudur”.
O, iki ölkə arasında qarşılıqlı hörmət və dostluq ruhunun ortaq məqsədlərin həyata keçirilməsinə xidmət etdiyini vurğulayıb.
İsrail Prezidenti qeyd edib ki, Azərbaycan regional və diplomatik dialoq üçün mühüm yol kəsişməsinə çevrilib.
“Biz Prezident İlham Əliyevin öz ölkəsində təmin etdiyi əhəmiyyətli inkişafı şəxsən müşahidə etmək, əməkdaşlığımızın daha da inkişafı və genişləndirilməsi imkanlarını birlikdə müzakirə etmək şərəfinə nail olduq. Mən əziz dostum Prezident İlham Əliyevi təbrik edir, Azərbaycanın gələcək inkişafına və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə qəti əminliyimi bildirmək istəyirəm”, - Hersoq vurğulayıb.
Hersoq "Eurovision"da İsrailə göstərdiyi dəstəyə görə də Azərbaycana təşəkkür edib: “Bu yaxınlarda keçirilən “Eurovision"da Azərbaycan xalqı və münsiflər heyəti tərəfindən göstərilən dəstək son dərəcə təsirli jest idi”.
O, eyni zamanda, çıxışında Qəzza zolağında saxlanılan İsrail girovlarını da xatırladaraq beynəlxalq ictimaiyyəti diqqətli olmağa çağırıb.
Oxşar xəbərlər
İsxak Hersoq: İsrail və Azərbaycan bir çox sahədə sıx əməkdaşlıq qurub
Prezident İlham Əliyev İsxak Hersoqu təbrik edib
İsxak Hersoq Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
İsxak Hersoq Azərbaycan liderinə təbrik ünvanlayıb
Hikmət Hacıyev İsrail Prezidenti ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
