

Ombudsman Qərbi azərbaycanlılarla bağlı BMT-nin Ali Komissarına məktub ünvanlayıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandiyə vaxtilə Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdış hüququ ilə bağlı məktub ünvanlayıb.
Bu barədə Sizinxeber.az-ya Ombudsmanın mətbuat xidmətindən məlumat verilib
Ombudsman məktubda beynəlxalq hüquqa zidd olaraq, soydaşlarımızın indiki Ermənistan ərazisindən etnik təmizləmə siyasəti nəticəsində müxtəlif dövrlərdə sistemli şəkildə deportasiya olunduqları barədə məlumat verib.
Məktubda qeyd olunub ki, bir sıra beynəlxalq hüquqi sənədlərdə, o cümlədən BMT Baş Assambleyasının 194 saylı qətnaməsində insanların qayıdış hüququ fundamental insan hüququ kimi tanınır və hər bir fərdin öz vətəninə geri dönmək hüququ vardır. Eyni zamanda, beynəlxalq hüququn ümumi prinsiplərinə əsasən qayıdış hüququnun yalnız öz torpaqlarından zorla qovulmuş şəxslərə aid edilmədiyi, eləcə də onların ailə üzvləri və gələcək nəsillərinin də bu hüquqdan istifadə etməsinin, dəymiş maddi və mənəvi zərərə görə kompensasiya tələb etmə hüququnun tanındığı qeyd olunub.
Müvəkkil Filippo Qrandiyə ünvanladığı məktubda onun mandatı çərçivəsində tarixi torpaqlarından zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnun beynəlxalq səviyyədə tanınması və bu məsələnin qlobal insan hüquqları gündəminə çıxarılması üçün fəal təşəbbüslərlə çıxış etməsinin vacibliyini vurğulayıb. Həmçinin bu həssas məsələnin BMT-nin aidiyyəti hesabatlarında və tövsiyələrində əks olunmasına dəstək göstərməyə çağırıb, bu kimi fəaliyyətin bölgədə uzunmüddətli sülhə və ədalətin bərqərar olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Oxşar xəbərlər
Ombudsman Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə çağırış edib
Ombudsman: Ermənistanın etnik təmizləmə siyasəti ilə azərbaycanlıların fundamental azadlıqları pozulub
Deputat: Qərbi azərbaycanlıların fundamental hüquqları pozulub
Qərbi Azərbaycan İcması Ümumdünya İnsan Hüquqları Günü münasibətilə bəyanat yayıb
Ombudsman erməni əsirliyindən azad edilmiş hərbi qulluqçularla görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
İsrail Qəzza müharibəsi başlayandan ABŞ-dən 90 tondan çox hərbi təchizat alıb
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
