

BMTM və xarici tərəfdaşlar arasında məhsuldar görüşlər keçirilib
İslamofobiya ilə mübarizəyə həsr olunmuş 3-cü beynəlxalq konfrans çərçivəsində məhsuldar görüşlər keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və İordaniya Universitetinin nəzdindəki Strateji Araşdırmalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum birgə tədbirlərin təşkilini və tədqiqatların aparılmasını nəzərdə tutur.
Müzakirələr zamanı BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın Yaxın Şərqlə bağlı yanaşmaları barədə məlumat verib və beyin mərkəzləri arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Həmçinin, əməkdaşlığın inkişafı üçün əməli addımların atılmasının zəruriliyini qeyd edib.
Strateji Araşdırmalar Mərkəzinin Baş direktoru Həsən Əl Momani öz növbəsində İordaniyanın Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirib. O qeyd edib ki, xüsusilə akademik və intellektual müstəvidə əlaqələrin intensivləşdirilməsi əməkdaşlığın inkişafına öz konstruktiv töhfəsini verəcək.
Bununla yanaşı, BMTM nümayəndə heyəti ilə Mərakeşin Amadeus İnstitutunun Kommunikasiyalar, Təhlillər və Tərəfdaşlıqlar üzrə Direktoru Amine El Kabbaj arasında görüş keçirilib. Hər iki tərəf ötən il imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayaraq birgə təşəbbüslər və digər akademik fəaliyyətlər daxil olmaqla, praktiki əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Həmçinin, Türkiyə Milli Müdafiə Nazirliyinin Quru Qoşunları Məktəbinin dekanı İbrahim Ethem Atnur ilə keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin müxtəlif aspektləri və elmi institutlar arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Oxşar xəbərlər
Azərbaycan və İran beyin mərkəzləri memorandum imzalayıb
Azərbaycan-Özbəkistan Ekspert Şurası yaradılıb
Fərid Şəfiyev: Azərbaycanla Özbəkistan arasında çox sıx əlaqələr formalaşıb
Fərid Şəfiyev: Azərbaycanın xarici siyasətində islamofobiya ilə mübarizə önəmli yer tutur
BMTM-in rəhbəri: Fransa Ermənistanda revanşistləri silahlandırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
