Mili Məclis və Misir Senatının sədrlərinin görüşü olub
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.
Bu barədə Sizinxeber.az-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Əvvəlcə Misir Ərəb Respublikası Senatının sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar. Abdel Vahab Abdel Razeq Xatirə kitabını imzalayıb.
Sahibə Qafarova görüşdə iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu və səmimi dostluq üzərində qurulduğunu qeyd edib, bu səfərin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi və genişlənməsinə, həmçinin parlamentlərarası münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Misir Ərəb Respublikası Senatının sədri Prezident İlham Əliyevlə keçirdiyi görüş və apardığı müzakirələr barədə təəssüratlarını bölüşüb. Senatının sədr, hazırda Misir və Azərbaycan arasındakı münasibətlərin özünün qızıl dövrünü yaşadığını vurğulayaraq, bunu ölkə başçılarının şəxsi münasibətləri, qarşılıqlı səfərləri və müntəzəm təmaslarının nəticəsi kimi dəyərləndirib. O, parlamentlərarası əlaqələrin inkişafında bu münasibətlərin mühüm rol oynadığını qeyd edib və qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Söhbət zamanı, Azərbaycanın 2024-cü ilin dekabrında Misirdə keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci sammitində təşkilata üzv seçilməsi və bu prosesdə bütün üzvlərin, o cümlədən Misirin də ölkəmizin namizədliyini dəstəkləməsi iki ölkə arasında mövcud olan dostluğun bariz nümunəsi kimi dəyərləndirilib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə dair inam ifadə olunub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Misir Senatının sədri Azərbaycana rəsmi səfərə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Misir Senatının sədrini qəbul edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Misir Senatının sədri Zəfər parkını ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin sədri pakistanlı həmkarı ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclis və Özbəkistan Ali Məclisi Senatının sədrlərinin görüşü olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












