Fransalı jurnalist: Qarabağın azad olunması Fransa mediasında aqressiya ilə qarşılanıb
Qarabağın azad olunması Fransa mediasında aqressiya ilə qarşılanıb.
“Report” xəbər verir ki, bunu fransız jurnalist Jean-Michel Brun (Cin Mişel Brun) Bakıda islamofobiyaya həsr olunmuş tədbir çərçivəsində baş tutan “Mediada və rəqəmsal məkanlarda islamofobiya: Süni intellekt sistemləri islamofob qərəzləri necə gücləndirə bilər” mövzulu panel sessiyada deyib.
O qeyd edib ki, müsəlman olmaq bəzilərinə görə şübhəli şəxs olmaq mənasına gəlir:
“Bu institusional islamofobiyanın bir səbəbi müsəlmanların və ya azlıqların xəbər otaqlarında və ya televiziya proqramlarında az təmsil olunmasıdır. Xəbər proqramları və debatlar islamdan danışır, amma nadir hallarda müsəlman səsləri eşidilir. Televiziya kanalları tanınmış alimlər, akademiklər, islamı humanist, qərəzsiz və tövsiyə olunan dəyərlərlə uyğun şəkildə təqdim edə biləcək ekspertlər əvəzinə, islamı tanımayan xariciləri, açıq islamofobik qüvvələri dəvət etməyi üstün tuturlar”.
Natiq diqqətə çatdırıb ki, Fransa mediasının azlıqların mediada az təmsil olunması ittihamlarından yayınmaq üçün istifadə etdiyi digər bir taktikası da öz maraqlarından çıxış edən sözdə “din adamı” olan bəzi şəxsləri ekrana çıxarmaqdır:
“Öz islamofob fikirlərini açıq şəkildə nümayiş etdirən fransız media rəhbərləri belə fikirləri yaymaq üçün bu tip fiqurlara ehtiyac duyurlar, çünki həmin sözləri hər hansı bir fransız desə, dərhal irqçi hesab edilər”.
Oxşar xəbərlər
Qətər Media Mərkəzinin direktoru: İslamla bağlı məlumatlar süni intellekt sistemlərinə də yüklənilməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rüfət Həmzəyev: Sosial media platformaları islamofobiya məzmunun sürətlə yayılmasına təkan verir [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin eksperti: Avropa mediasında qadınlar haqqında mənfi stereotiplər mövcuddur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Misirli diplomat: İslamdan siyasi maraqlar naminə istifadə müsəlman icmaları üçün ciddi təhdiddir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ICESCO rəsmisi: Mövcud qlobal təhlükəsizlik sistemi islamofobiyanın qarşısını almaqda aciz görünür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












