Herizal Hazri: Diskriminasiya hakimiyyət uğrunda mübarizədə bir alətdir
sizinxeber.az xəbər saytı

Herizal Hazri: Diskriminasiya hakimiyyət uğrunda mübarizədə bir alətdir


Diskriminasiya dinə hörmətsizliyin təzahürü deyil, hakimiyyət uğrunda bir növ mübarizə alətidir.

“Sizinxeber.az” xəbər verir ki, bunu BƏƏ-nin Ali İnsan Qardaşlığı Komitəsinin müşaviri Herizal Hazri Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransı zamanı panel müzakirəsində deyib.

"Mən bu gün istər müsəlmanlara, istər xristianlara, istərsə də digər dinlərin, etnik qrupların və xalqların nümayəndələrinə qarşı diskriminasiya mövzusuna diqqət yetirmək istərdim. Mahiyyətcə, bu, hakimiyyət uğrunda xroniki mübarizədir", - o vurğulayıb.

Hazrinin sözlərinə görə, din cəmiyyətin həyatında mühüm və təsirli rol oynayır və məhz buna görə də o, çox vaxt siyasi qüvvələr tərəfindən səfərbərlik, nifrətin qızışdırılması və ya əksinə, dəstək almaq üçün istifadə olunur.

"Bu problemin öhdəsindən gəlmək üçün biz ona din prizmasından deyil, zülmə can atan hakimiyyət prizmasından baxmalıyıq. Bu, sadəcə mənəviyyat məsələsi deyil, sistemli bir problem olduğu üçün elə sistemli şəkildə də həll edilməlidir", - o əlavə edib.

Oxşar xəbərlər

Bob Roberts: ABŞ-də müsəlmanlara qarşı fikirlər çox da müsbət deyil
Bakıda keçirilən beynəlxalq elmi konfransın iştirakçıları birgə xatirə fotosu çəkdiriblər
Mərkəz sədri: İslamofobiya təkcə müsəlmanlara deyil, insan hüquqlarına qarşı bir təhdiddir
Ramin Məmmədov: Azərbaycan islamofobiya ilə mübarizədə özünün öhdəliklərini bilir və icra edir
Tural Gəncəliyev: Qərb ölkələri islamofobiyanı yerli sakinlərə sırıyırlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər