İbrahim Negm: Qeyri-müsəlmanlar fətvanı cəzalandırma metodu kimi qəbul edirlər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2025
12:00
0
0
1 341
ff aaaaaaa

İbrahim Negm: Qeyri-müsəlmanlar fətvanı cəzalandırma metodu kimi qəbul edirlər

26 may, 2025
12:00
1 341

İbrahim Negm: Qeyri-müsəlmanlar fətvanı cəzalandırma metodu kimi qəbul edirlər

Qeyri-müsəlmanlar fətvanı cəzalandırma metodu kimi qəbul edirlər.

“Report” xəbər verir ki, bunu Ümumdünya Fətva Orqanlarının Baş katibi İbrahim Negm Bakıda İslamofobiyaya həsr olunmuş tədbir çərçivəsində baş tutan “İslamofobiyada qlobal trendlər: çağırışlar və cavablar” mövzusunda keçirilən panel sessiyada deyib.

Onun sözlərinə görə, hazıda məlumat əldə etmək üçüm platformalar çox olsa da, ancaq məlumatlılıq azalıb:

"Ona görə də fətvaya qarşı bir qərəz var. Biz fətvanın nə olub-olmadığı barədə məlumat yaymaqla belə böyük uğur əldə edə bilərik. Mən bir müddət Nyu Yorkda yaşamışam və İslam dini haqqında yalan məlumat yaymağa meyilli qüvvələrin olduğunu görmüşəm. Ona görə də bu sahədə araşdırmalar aparan alimlərin sayı artmalı və onlara platforma verilməlidir. Bu yolla da həqiqəti dünyaya çatdırsınlar”.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul