Hacı İbrahim Tufa: Bir sıra ölkələr və müəyyən qruplar İslam haqqında yalan narrativ yaymağa davam edir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2025
12:00
0
0
1 098
ff aaaaaaa

Hacı İbrahim Tufa: Bir sıra ölkələr və müəyyən qruplar İslam haqqında yalan narrativ yaymağa davam edir

26 may, 2025
12:00
1 098

Hacı İbrahim Tufa: Bir sıra ölkələr və müəyyən qruplar İslam haqqında yalan narrativ yaymağa davam edir

İslam bəzi qərb cəmiyyətlərində səhv olaraq başa düşüldüyü kimi terrorizm deyil, birlik, sevgi, hörmət və bərabərlik dinidir.

“Report” xəbər verir ki, bunu Efiopiyanın İslam İşləri üzrə Ali Şurasının sədri şeyx Hacı İbrahim Tufa Bakıda “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

"Təəssüf ki, bəzi dövlətlər və müəyyən qruplar İslamı zorakılıq, silah və terrorizm dini kimi təqdim edərək yalan narrativ yaymağa davam edir. Lakin hamımızın bildiyi kimi, bu, həqiqətdən çox uzaqdır. İslamın mahiyyəti sevgini təbliğ etmək, biliyə can atmaq, bərabərlik, mənşəyindən və baxışlarından asılı olmayaraq hər bir insana hörmətdir. Biz dözümlülük, yaxşılıq və dinc birgəyaşayışı öyrədirik", - o qeyd edib.

Sədrin sözlərinə görə, ən qədim və geniş yayılmış dinlərdən biri olan İslam üzləşdiyi çağırışlara baxmayaraq, bütün dünyada milyonlarla insanı birləşdirməyə davam edir.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul