Viktor Orban Azərbaycan və Türkiyə prezidentlərinə xüsusi təşəkkür edib
sizinxeber.az xəbər saytı

Viktor Orban Azərbaycan və Türkiyə prezidentlərinə xüsusi təşəkkür edib


Macarıstan Baş naziri Viktor Orban Azərbaycan və Türkiyə prezidentlərinə xüsusi təşəkkür edib.

Sizinxeber.az-nın Budapeştə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında Macarıstan Baş naziri Viktor Orban bildirib.

Viktor Orban deyib ki, Qərb Rusiya qazını ixrac edən “Türk axını”nın çəkilməsinin qarşısını almaq üçün hər şeyi etdi: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu kəmərin çəkilməsi üçün iradə ortaya qoyub. Bu kəmərlə Macarıstana qaz ötürülür. Mən Azərbaycan Prezidenti İlham Əliyevə də təşəkkür edirəm, keçən il Macarıstana Azərbaycan qazı tədarük olunmağa başlayıb. Eyni zamanda, macar şirkətləri Azərbaycan neft-qaz sektorunda çalışır. Macarıstanla Azərbaycanın münasibətləri strateji xarakter daşıyır”.

Oxşar xəbərlər

Viktor Orban Türk Dünyasının Ali Ordeni ilə təltif olunub
Orban: Türk dövlətləri ilə əlaqələr Macarıstan üçün strateji xarakter daşıyır
Viktor Orban COP29-da iştirak edəcək
Orban və Netanyahu Budapeştdə görüşüb
Orban: Azərbaycan Macarıstan üçün böyük əhəmiyyət daşıyır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər