

Azərbaycan XİN ölkədə akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün iftar tədbiri təşkil edib
17 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş iftar tədbirində iştirak və çıxış edib.
Sizinxeber.az xəbər verir ki, çıxışında nazir Ceyhun Bayramov müqəddəs Ramazan ayı, habelə qarşıdan gələn bayram münasibətilə təbriklərini çatdırıb, dünyamıza sülh, əmin-amanlıq arzu edib.
İslam dünyasını bir-birinə bağlayan by müqəddəs ayın yüksək mənəvi dəyərləri aşıladığı vurğulanıb. Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlərində, o cümlədən müxtəlif icmaların nümayəndələrinin sülh içində birgəyaşayış təcrübəsində İslam dininin və Ramazan ayının xüsusi yeri və rolundan bəhs olunub.
Bununla belə, dünyamızda İslam dininə qarşı çevrilən diskriminasiya, dini zəmində zorakılıq halları, İslamofobiya meylləri, müsəlman aləmində baş verən münaqişələr nəticəsində yaranan qeyri-stabilliyin narahatlıq doğurduğu diqqətə çatdırılıb. İslam dünyasındakı birlik və həmrəyliyin bu kimi çağırışlarla mübarizədə əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad olunması, keçmiş münaqişəyə son qoyulmasından sonra bölgəmizdəki dinamik inkişafdan ətraflı bəhs edib, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsini yad edib.
Post-münaqişə dövründə baş verən proseslər barədə danışan nazir çıxışı zamanı Azərbaycan və Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib. Bununla yanaşı, sazişin imzalanması üçün Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı müvafiq düzəlişin edilməsi tələbimiz bir daha vurğulanıb. Bu xüsusda, ATƏT-in artıq aktual olmayan Minsk qrupu və digər aidiyyəti strukturlarının ləğvinin də vacibliyi diqqətə çatdırılıb.
Daha sonra Azərbaydanda akkreditə olunmuş diplomatik korpusun duayeni, Fələstinin ölkəmizdəki səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhim çıxış edərək, Ramazan ayı münasibətilə təbriklərini, eləcə də bu mübarək ayda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunmasından şərəf duyduğunu diqqətə çatdırıb.
Sonra isə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi tərəfindən iftar duası oxunub, tədbir iştirakçıları üçün iftar süfrəsi açılıb.
Oxşar xəbərlər
Hikmət Hacıyev və Ceyhun Bayramov müsəlman ölkələrinin səfirləri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Ceyhun Bayramov Serbiyanın Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib - FOTO
Xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfər edib
Ceyhun Bayramov İran İslam Respublikasına işgüzar səfərə yola düşüb
Arzu Əliyeva şəhid anaları ilə birgə iftar məclisində iştirak edib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fox News Kiyevi Rusiya şəhəri adlandırıb: XİN reaksiya verir
-
WSJ: Tramp strategiyasında köklü dəyişikliklər edib
-
Uitkoff Romada ABŞ – İran danışıqlarından sonra Qrossi ilə görüşüb
-
ABŞ husilərin Sənadakı mövqelərinə 21 zərbə endirib
-
İsrailin XİN başçısı: İranla nüvə silahı məsələsinin diplomatik həllinə hazırıq
-
Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verildi
