Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO - YENİLƏNİB
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
APA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Əli Əhmədov, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıblar.
***
14:50
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana yola düşüb.
APA xəbər verir ki, bu barədə Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub. Həmçinin Rusiya Federasiya Şurası ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında parlamentlərarası komissiyanın iclası keçiriləcək.
Oxşar xəbərlər
Rusiya Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlir
Valentina Matviyenko Azərbaycana rəsmi səfər edəcək
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb
Matviyenko Türkiyəyə səfərə gedir
Matviyenko yenidən Rusiya Federasiya Şurasının sədri seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Valeh Ələsgərov: "Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
