Kanadalı alim: Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıq daha da genişlənəcək
sizinxeber.az xəbər saytı

Kanadalı alim: Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıq daha da genişlənəcək


“Fransa ilə Ermənistan arasındakı hərbi əməkdaşlıq 2027-ci ilədək daha da genişlənəcək. Bu amil Ermənistanı Fransadan daha da asılı vəziyyətə salacaq və Azərbaycanın maraqlarının əleyhinə xidmət edəcək”.

APA-nın məlumatına görə, bunu BMTM-in təşkilatçılığı ilə Bakıda keçirilən "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusuna həsr olunmuş tədbirdə Karlton Universitetinin nəzdindəki Avropa, Rusiya və Avrasiya Elmləri İnstitutunun tədqiqatçısı Robert Kutler deyib.

O qeyd edib ki, Fransa Ermənistana silah-sursat və hərbi texnika, o cümlədən Hava Hücumundan Müdafiə Sistemləri, gecəgörmə cihazları göndərir. Belə ki, Fransanın göndərdiyi silahlar uzun məsafəyə atəş açmaq qabiliyyətinə malikdir: “Belə olan halda Ermənistanın bəyanatlarına baxmayaraq, Bakı özünün İsrail və Türkiyə ilə hərbi əməkdaşlığını gücləndirə bilər. Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıq 2027-ci ilədək daha da genişlənəcək və Azərbaycanın maraqlarının əleyhinə xidmət edəcək. Artıq 2025-ci ildir və Fransa neytral vasitəçi deyil, Ermənistana hərbi dəstək verən bir ölkədir. 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Belə bir şəraitdə Fransa Ermənistanla münasibətlərini daha da yaxınlaşdıracaq. Bu amilin regiona təsirləri isə sual altındadır”.

Oxşar xəbərlər

Fərid Şəfiyev: Azərbaycanda Fransa mədəniyyətinə qarşı heç bir mənfi yanaşma yoxdur
BMTM: Fransa-Azərbaycan münasibətlərinin səviyyəsinin yüksəldilməsi hər iki xalqın marağındadır
Ermənistanla Fransa arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub
Qriqoryan: Ermənistan Fransa və Hindistanla hərbi-texniki sahədə sıx əməkdaşlıq edir, yeni tərəfdaşlar axtarır
BMTM-in rəhbəri: Fransa Ermənistanda revanşistləri silahlandırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle