BMT-nin Rezident Əlaqələndiricisi: Azərbaycanla əməkdaşlığın davamlı olacağına inanırıq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
31 
yan
2025
10:00
0
0
1 826
ff

BMT-nin Rezident Əlaqələndiricisi: Azərbaycanla əməkdaşlığın davamlı olacağına inanırıq

31 yan, 2025
10:00
1 826

BMT-nin Rezident Əlaqələndiricisi: Azərbaycanla əməkdaşlığın davamlı olacağına inanırıq

Azərbaycan və BMT arasındalı tərəfdaşlıq son 3 ildə dəyişib və bu dəyişməyə davam edəcək.

Sizinxeber.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” seminarında bildirib.

“Hal-hazırda, üzərində işləməyə sadiq olduğumuz dörd əsas sütunumuz var. Zəiflikləri azaldan və dayanıqlılığı artıran, daha güclü institutların qurulması, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyinin həlli və qadınların və qızların səlahiyyətlərinin artırılması ilə bağlı inklüziv inkişafın təşviqi”- o qeyd edib.

Vladanka Andreeva vurğulayıb: “Bəyan edildiyi kimi, hökümət BMT ilə davamlı əməkdaşlıqda maraqlıdır və bu əməkdaşlığın davamlı olacağına inanırıq”.

Bizimlə əlaqə saxlayın

×
×