Səfir: Aİ Cənubi Qafqazda sülh və sabitliyin gücləndirilməsinə sadiq qalır
sizinxeber.az xəbər saytı

Səfir: Aİ Cənubi Qafqazda sülh və sabitliyin gücləndirilməsinə sadiq qalır


Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndə heyəti 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin sosial şəbəkə hesabında yazılıb.

“Bu matəm günündə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko, təşkilata üzv ölkələrin səfirləri ilə birlikdə 1990-cı ilin Yanvar hadisələri qurbanlarının xatirəsini hüznlə yad etmək üçün Bakıda Şəhidlər Xiyabanına gül dəstələri düzüblər”, - paylaşımda bildirilib.

Səfir 20 Yanvarla bağlı Azərbaycan xalqına başsağlığı verib: “35 il əvvəl bu faciə zamanı həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Aİ Cənubi Qafqazda və dünyada sülhün, sabitliyin və rifahın gücləndirilməsinə sadiq qalır”.

Oxşar xəbərlər

Peter Mixalko Azərbaycan hərbçilərinin həlak olması ilə əlaqədar başsağlığı verib
ABŞ-nin Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət edib
Almaniya səfiri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib
ABŞ-ın Azərbaycandakı səfiri şəhidlərin xatirəsini yad edib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər