Səfir: ABŞ-ni Azərbaycanda təmsil etmək böyük şərəfdir
ABŞ-ni Azərbaycanda təmsil etmək böyük şərəf və imtiyazdır.
“Report” xəbər verir ki, bu barədə istefa verən ABŞ-nin Bakıdakı səfiri Mark Libbinin vida məktubunda deyilir.
Diplomat qeyd edib ki, ölkəni Azərbaycana dərin minnətdarlıq hissi və ölkələr arasında gələcək qarşılıqlı əlaqələrlə bağlı nikbinliklə tərk edir.
Səfir qeyd edib ki, ölkədə qısa müddət ərzində olmasına baxmayaraq, diplomatik missiya əhəmiyyətli iş görüb və o, həyat yoldaşı ilə birlikdə Azərbaycanın gözəlliklərindən tam zövq ala bilib: "Biz Danusya ilə Azərbaycanı qarış-qarış gəzdik, dağlara dırmaşdıq, səhraları keçdik və dənizdə üzdük. Biz qədim və müasir məbədləri, sinaqoqları və məscidləri ziyarət etdik; qədim qayaüstü rəsmlərə heyran qaldıq; xalça toxuyanların və heykəltəraşların gözümüzün qarşısında möcüzələr yaratdığını izlədik; ən ləziz təamlardan həzz aldıq.
Lakin təbiət, yemək və ya sənətkarlıqdan daha çox Nizami Gəncəvidən Ell & Nikki-yə; Vəcihə Səmədovadan aşpaz Təvəkkülə; Zeynalabdin Tağıyevdən AZAL-ın 8243 saylı reysinin qəhrəman ekipajına qədər Azərbaycan xalqı bizdə ən unudulmaz təsir buraxdı.
Azərbaycanlılar son dərəcə cəsarətli, yaradıcı, dözümlü və qonaqpərvər xalqdır. Buna görə də biz ən çox Azərbaycan xalqının həsrətini çəkəcəyik. Onlara ən xoş arzularımı bildirirəm, çünki onlar bundan azına layiq deyillər".
Səfir vurğulayıb ki, 30 il əvvəl imzalanmış Əsrin Müqaviləsindən keçənilki COP29-a kimi və ABŞ-nin Azərbaycanda kiçik biznesə, fermerlərə və qadın sahibkarlara davam etməkdə olan dəstəyi sayəsində ABŞ - Azərbaycan tərəfdaşlığı əlamətdar tərəqqiyə çatıb və daha aydın və dayanıqlı gələcək üçün təməllər qoyub: "Biz birgə səylərlə Azərbaycan xalqının həyatını daha təhlükəsiz etmişik.
Səfirlik azərbaycanlıların həyatına təhlükə yaradan minaların təmizlənməsinə milyonlarla dollar ayırıb. Mən və həmkarlarım Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə rəsmi səfərlər etməklə ABŞ-nin ərazi bütövlüyü prinsipinə sadiqliyini nümayiş etdirmişik".
Oxşar xəbərlər
Səfir: ABŞ-Azərbaycan tərəfdaşlığı əlamətdar tərəqqiyə çatıb və dayanıqlı gələcək üçün təməllər qoyub
ABŞ-nin Azərbaycandakı səfiri diplomatik xidmətdən istefa verib
COP29-da Çili nümayəndə heyətinin tərkibinə 120-dən çox insan daxil olacaq
MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri Bakıda görüşüb
Səfir: COP29-da Macarıstanı Baş nazir Viktor Orban təmsil edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
Tramp danışıqlarda irəliləyiş əldə olunmasa, İrana qarşı əlavə zərbələr endirmək niyyətindədir
