Azərbaycan və Türkiyə parlament aparatları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub - YENİLƏNİB
Ankarada səfərdə olan Milli Məclis Aparatının nümayəndə heyəti yanvarın 14-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş katibi Talip Uzunla görüşüb.
"Sizinxeber.az" xəbər verir ki, görüşdə iki qardaş ölkənin münasibətlərinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” prinsipi əsasında inkişafından söhbət açılıb.
Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev səfərə dəvətə görə həmkarına təşəkkürünü bildirib, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 33-cü ildönümü münasibətilə təbriklərini çatdırıb.
O, Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzunla görüşlərini xatırlayaraq, parlament aparatları arasında əlaqələrin inkişafının qanunverici orqanların daha səmərəli əməkdaşlığının qurulmasına öz töhfəsini verəcəyinə inamını ifadə edib. Fərid Hacıyev parlamentin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Milli Məclisdə aparılmış islahatlar və Aparatın fəaliyyət istiqamətləri barədə danışıb.
Söhbət zamanı iki ölkənin parlamentləri arasında imzalanmış əməkdaşlıq haqqında sazişin əhəmiyyəti qeyd edilib, həmin sənəddə parlament aparatları arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin də yer aldığı diqqətə çatdırılıb, aparatlar arasında əməkdaşlığın perspektivləri barədə danışılıb.
Sonra nümayəndə heyəti TBMM Katibliyinin beş şöbəsi ilə görüş keçirib. Görüşdə qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyəti qeyd edilib, məruzələr dinlənilib. Şöbə müdirləri öz şöbələrinin fəaliyyəti haqqında geniş təqdimatla çıxış ediblər.
Azərbaycan parlament nümayəndə heyətinin Ankaraya səfəri davam edir.
Yanvarın 14-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevin rəhbərliyi ilə Azərbaycan Parlamenti Aparatının nümayəndə heyətinin Ankaraya səfəri başlayıb.
"Sizinxeber.az" xəbər verir ki, nümayəndə heyətinə Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov, Aparatın Redaksiya və nəşr işləri şöbəsinin müdiri Hafiz Babayev, Aparat rəhbəri xidmətinin Məhkəmə hakimiyyəti orqanları ilə əlaqələr sektorunun müdiri Nazir Bayramov və Aparat rəhbərinin köməkçisi İlham Həsənov daxildirlər.
Nümayəndə heyətinin üzvləri əvvəlcə Ankarada “Anıtkabir”i ziyarət ediblər, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla anaraq, abidə önünə gül dəstəsi qoyublar.
Oxşar xəbərlər
Sahibə Qafarova türkiyəli həmkarını təbrik edib
Sahibə Qafarova Özbəkistan Ali Məclis Senatının sədri ilə görüşüb
Sahibə Qafarova: Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanla Türkiyə arasında münasibətlərin daha da genişləndirilməsinə təkan verib
Sahibə Qafarova Ankarada törədilmiş terror aktı ilə əlaqədar TBMM sədrinə başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
Vuçiç mayın 24-28-də Çinə səfər edəcək
-
Rusiya Ermənistan istehsalı olan bir sıra şərab və konyakların satışına qadağa qoyub
-
Mbappe ikinci dəfə "La Liqa"nın ən yaxşı bombardiri seçilib
