Rusiya XİN Lavrovun Azərbaycan XİN rəhbərinə yazdığı iddia edilən saxta məktubu siyasi sifariş adlandırıb
sizinxeber.az xəbər saytı

Rusiya XİN Lavrovun Azərbaycan XİN rəhbərinə yazdığı iddia edilən saxta məktubu siyasi sifariş adlandırıb


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova yazdığı iddia edilən saxta məktub siyasi sifarişdir və “Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı spekulyasiya etmək cəhdidir.

Sizinxeber.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin “Telegram” kanalında məlumat verilib.

"İnternetdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova ingilis dilində yazılmış qondarma məktub yayılır. Bu məktubda deyilir ki, ölkəmiz Rusiyanın hava məkanından təhlükəsiz istifadəyə zəmanət verə bilməz. Bu kobud saxtakarlıqdır. Bu, emosional reaksiyaya səbəb olmaq üçün nəzərdə tutulmuş primitiv saxtakarlığın nümunəsidir.", - deyə məlumatda bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, saxta müəlliflər onu adi poçt domenindən və adi bir e-poçt ünvanından göndərərək, ona rəsmi atributlar verməkdən belə çəkinməyiblər.

Məlumatda daha sonra deyilir: Aydındır ki, bu cür qərəzli dezinformasiyanın arxasında siyasi sifariş və dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları QSC-nin sərnişin təyyarəsinin qəzaya uğraması mövzusu ətrafında spekulyasiya etmək cəhdi dayanır”.

Oxşar xəbərlər

Sergey Lavrov Ceyhun Bayramova zəng edib
Ceyhun Bayramov Polşanın xarici işlər naziri ilə telefonla danışıb
XİN rəhbəri: Gürcüstan hər zaman Azərbaycanın yanındadır
Azərbaycan-Aİ münasibətləri ətraflı müzakirə olunub
Ceyhun Bayramov Kiprin xarici işlər naziri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər