Deputat: Soyqırımları törətmiş erməni cəlladların cəzalandırılması sülh və ədalətin təmini üçün vacibdir
Ermənilər Qarabağı işğal etməklə həm də dinc insanlara qarşı tarixdə görünməmiş hərbi cinayətlərə yol verib, böyük faciələr törədib.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Deputat deyib ki, Xocalı, Meşəli, Başlıbel, Qaradağlı və digər yaşayış məntəqələrdə yaşayan azərbaycanlılara qarşı soyqırımları törədilib, onlar öz doğma yurdlarından qışın soyuğunda ayaqyalın qaçmağa məcbur edilib: “O cümlədən azərbaycanlıların uzun illər ərzində qurub yaratdıqları mülklər dağıdılaraq talanıb. Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi bu gün də məlum deyil. Erməni cəlladları soyqırımları törədərək qətlə yetirdiklərinin meyitlərini vəhşicəsinə təhqir edərək kütləvi şəkildə basdırıblar. Torpaqlarımız işğal altında olduğu illərdə demək olar ki, yaşayış məntəqələrimizdə daşı-daş üstündə saxlanılmayıb, məscidlər və qəbiristanlıqlar hədəf olub”.
Azər Badamov qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı da erməni cəlladları eyni cinayətləri təkrarlayıb: “Müharibə zonasından uzaqda yerləşən şəhər və kəndlərimiz raketlərlə atəşə tutulub, dinc insanlar qətlə yetirilib və külli miqdarda ziyan vurulub”.
Deputat vurğulayıb ki, ermənilərin 30 il ərzində törətdikləri hərbi cinayətlər cəzasız qalmamalıdır: “Bu müddət ərzində Azərbaycanın işğal altındakı ərazilərində, xüsusilə Qarabağ və ətraf rayonlarda baş vermiş hərbi cinayətlər və insanlıq əleyhinə əməllər beynəlxalq hüquq və müharibə qanunlarına ziddir. Bu cinayətlərə dinc əhalinin qətlə yetirilməsi, zorla köçürülməsi, mədəni irsin dağıdılması, yandırma və digər müharibə cinayətləri daxildir. Həmçinin, ərazilərin vəhşi şəkildə məhv edilməsi, tarixi abidələrin, məscidlərin və digər mədəniyyət irsinin qəsdən məhv edilməsi də bu cinayətlərə aiddir. Bunlar yalnız Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər deyil, həm də bəşəriyyətə qarşı ağır cinayətlərdir. Cəzasızlıq gələcəkdə daha çox müharibə cinayətinin törədilməsinə şərait yaradır. Buna görə də bu cinayətlərin hüquqi qiymətləndirilməsi və cəzalandırılması vacibdir. Beynəlxalq məhkəmələr, xüsusilə İnsan Haqları üzrə Avropa Məhkəməsi, BMT və digər beynəlxalq qurumlar tərəfindən bu cinayətlərə dair təhqiqatlar aparılmalı, məsuliyyət daşıyan şəxslər mühakimə edilməlidir. Amma təəssüf ki, dünyada baş verən ikili standartlar nəticəsində beynəlxalq məhkəmələr bu cinayətlərin məhz azərbaycanlılara qarşı törədildiyinə görə ciddi yanaşmadığından ermənilər öz cinayət əməllərinə 30 il ərzində davam etdirib. Qarabağda törədilən hərbi cinayətlər, yalnız keçmişə dair deyil, həm də gələcəkdə sülhün və ədalətin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Cinayətlər cəzasız qalmamalıdır, çünki bu, yalnız hüququn aliliyini təmin etməklə yanaşı, beynəlxalq müstəvidə ədalət və sülhün təmin edilməsinə də xidmət edəcək”.
Oxşar xəbərlər
Ombudsman Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı çağırış edib
Deputat: Azad edilmiş torpaqlarımızda qazıntılar Ermənistanın xalqımıza qarşı soyqırımı törətdiyini bir daha üzə çıxarır
Ombudsman Xocalı soyqırımının törədildiyi ərazidə olub - VİDEO
Azərbaycanlı itkin ailələri bəyanat yayaraq beynəlxalq təşkilatlara çağırış edib - FOTO
Tbilisidə Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi istehlak xərclərinin 77 %-ini formalaşdırıb
-
Azərbaycan qlobal miqyasda artan nüfüzunu bir daha təsdiq etdi - RƏY
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Əraqçi BMT Baş katibinə ABŞ-ın həddindən artıq tələb irəli sürdüyünü bildirib
-
WUF13: Bakının qlobal şəhərsalma gündəmini formalaşdıran tarixi uğuru - TƏHLİL
