Peruda Azərbaycan Səfirliyindən aztəminatlı ailələrin uşaqlarına bayram sevinci
sizinxeber.az xəbər saytı

Peruda Azərbaycan Səfirliyindən aztəminatlı ailələrin uşaqlarına bayram sevinci


Azərbaycan Respublikasının Perudakı Səfirliyi Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə birgə Milad və Yeni il bayramlarını aztəminatlı ailələrin uşaqları ilə qeyd etmək üçün humanitar aksiyalar keçirib.

Bu barədə “Sizinxeber.az”a Səfirlikdən bildirib.

Təşəbbüs çərçivəsində Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, deputat Xose Xeri ilə birgə Peru paytaxtının Praderas de Villa el Salvador rayonunun Ollita Virgen ərazisində yaşayan aztəminatlı ailələrin uşaqlarına, həmçinin deputat, Rosangella Barbaranla birlikdə Villa El Salvador rayonunda yerləşən Peru - Valladolid 7237 Təhsil Müəssisəsindəki uşaqlara mərasim münasibətilə hədiyyələr təqdim edilib, bayram sevinci yaşadılıb.

Aksiyalar həmin regionların yerli hakimiyyəti və əhalisi tərəfindən alqışlanılıb, Azərbaycan hökumətinə minnətdarlıq bildirilib.

Oxşar xəbərlər

Azərbaycan səfirliyi yoxsul peruluların övladlarına bayram hədiyyələri paylayıb
KİV: Peru Futbol Federasiyasının prezidenti həbs edilib
Azərbaycan Prezidenti perulu həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
Venesuela səfiri Peru XİN-ə çağırılıb
Venesuela Peru ilə diplomatik əlaqələri kəsib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər