Deputat: Azad edilmiş torpaqlarımızda qazıntılar Ermənistanın xalqımıza qarşı soyqırımı törətdiyini bir daha üzə çıxarır
Ermənilər tarixin bütün mərhələlərində Azərbaycan xalqına qarşı soyqırımı siyasəti, o cümlədən çoxsaylı qanlı cinayətlər həyata keçirib.
Bunu Sizinxeber.az-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Vüqar İskəndərov bildirib ki, 30 illik işğal, xalqımızın əzabları, Xocalı soyqırımı, dağıdılmış, viran qoyulmuş Qarabağ ermənilərin müasir dövrdə törətdiyi cinayətlərdir: “İşğaldan azad edilmiş torpaqlarımızda aparılan qazıntı işləri bir daha onu göstərir ki, 90-cı illərin əvvəllərində mənfur düşmənlərimiz demək olar ki, hər rayonda vəhşiliklər törətməklə kütləvi qırğına yol veriblər. Çünki ermənilər tərəfindən bizə qarşı soyqırımı törədilib, qarşı etnik təmizləmə siyasəti aparılıb”.
Deputat qeyd edib ki, Ermənistan tərəfi 2020-ci il müharibəsi zamanı da öz “ənənəsinə” sadiq qaldı: “Döyüş meydanında ordumuz qarşısında tab gətirməyən düşmən bunun əvəzində vicdansızcasına mülki əhalini hədəf götürürdü. Həmin vaxt cəbhə xəttində yerləşməyən şəhər və rayonların raket atəşinə məruz qalması düşmənin iç üzünü bir daha nümayiş etdirdi. Bundan başqa, düşmən tərəf silahları əhali yaşayan yerlərdə quraşdıraraq atəş açır, öz mülki insanlarından qalxan kimi istifadə edirdi”.
Vüqar İskəndərov əlavə edib ki, bu gün son 30 illik tarixə nəzər salanda o tarixin demək olar ki, hər bir səhifəsində ermənilərin, Ermənistanın Azərbaycan dövlətinə və xalqına qarşı çoxsaylı cinayətlərinə rast gəlirik: “Bu da danılmaz bir həqiqətdir ki, heç bir cinayət cəzası qalmır. Cinayətkarlar gec ya tez əməllərinə görə cavab verməli olurlar. Eləcə də erməni cinayətkarların da cinayət əməllərinə görə cavab verməsi üçün artıq onların məhkəmə qarşısına çıxarılması reallaşacaq. Bununla belə, xalqımıza qarşı cinayətlərin törədilməsinə əmr verən cinayətkarların bir qismi hələ də azadlıqdadır, Ermənistanda rahat gəzib dolaşırlar. Ancaq hər kəs bilsin ki, onlar da bu gün dəmir barmaqlılar arasında olan digər cinayətkarlar kimi öz cəzalarını alacaqlar”.
Oxşar xəbərlər
Ombudsman Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı çağırış edib
Azərbaycan lideri: Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir
Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib - SƏRƏNCAM
Ombudsman Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
Vuçiç mayın 24-28-də Çinə səfər edəcək
-
Rusiya Ermənistan istehsalı olan bir sıra şərab və konyakların satışına qadağa qoyub
