Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binası evakuasiya edilib
Los-Ancelesdə baş verən yanğında tüstüdən zəhərlənən, evləri yananlar barədə Baş konsulluğumuza məlumat daxil olmayıb.
Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirib ki, 7 yanvar 2025-ci il tarixindən etibarən Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərinin qərbində başlamış yanğınlarla əlaqədar, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Los Anceles şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq iş aparılır.
“Belə ki, Baş Konsulluğumuza məxsus sosial media hesablarında
(https://x.com/azconsulatela/status/1876908935355007248?s=46, https://www.facebook.com/azconsulatela) xəbərdarlıq elanı və təcili əlaqə nömrəsi (+13109234540) yerləşdirilib.
Həmçinin vətəndaşların yanğınlarla bağlı məlumat əldə etmələri və təhlükəsizlik təlimatı ilə tanış olmaları üçün müvafiq internet səhifəsinə keçid linki paylaşılıb (lafd.org/alerts).
Əlavə olaraq, Baş Konsulluğun yerləşdiyi binanın müvəqqəti olaraq evakuasiya edilməsinə baxmayaraq, distant qayada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır”, - XİN rəsmisi vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu evakuasiya edilib
Prezident Los-Ancelesə yeni baş konsul təyin edib
Ayxan Hacızadə Nikol Paşinyana cavab verib
Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib
Azərbaycan XİN sözçüsü Peter Stanoya cavab verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi istehlak xərclərinin 77 %-ini formalaşdırıb
-
Azərbaycan qlobal miqyasda artan nüfüzunu bir daha təsdiq etdi - RƏY
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Əraqçi BMT Baş katibinə ABŞ-ın həddindən artıq tələb irəli sürdüyünü bildirib
-
WUF13: Bakının qlobal şəhərsalma gündəmini formalaşdıran tarixi uğuru - TƏHLİL
