Azərbaycan Prezidenti: Müstəqil Fələstin dövlətinin yaranması münaqişəyə son qoyacaq
İsrail-Fələstin məsələsində də bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz iki dövlətin yaranmasının, yəni mövcudluğunun həmişə tərəfdarı olmuşuq. Müstəqil Fələstin dövlətinin yaranması bu münaqişəyə son qoyacaq.
"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.
"Hesab edirəm ki, bunu hər kəs başa düşməlidir. Bildiyiniz kimi, biz uzun illər Fələstin dövlətinə öz dəstəyimizi göstəririk. Həm siyasi, həm mənəvi, həm maddi dəstək və bu, davam edir. Uzun illər Azərbaycanda Fələstinin səfirliyi fəaliyyət göstərir. Bizim də Fələstində nümayəndəliyimiz açılmışdır və əlbəttə ki, bu münaqişə nə qədər tez başa çatsa, Qəzzada atəşkəs elan edilsə, o qədər də hamı üçün yaxşı olacaq. Biz bunu arzulayırıq və həm də burada İslam liqasının fəaliyyətini əsas götürürük. Çünki bu, daha çox Ərəb dünyasının məsələsidir və burada Ərəb dünyasının təşkilatı - Ərəb Liqasıdır, onun mövqeyi nədirsə, biz də o mövqeyə şərikik. İslam Əməkdaşlıq Təşkilatının bütün tədbirlərində biz fəal iştirak etmişik və fəal iştirak edəcəyik. Yəni, bizim mövqeyimiz tam açıqdır", - dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev: Müstəqil Fələstin dövlətinin yaranması bu münaqişəyə son qoyacaq
İlham Əliyev Mahmud Abbası Fələstinin milli bayramı münasibətilə təbrik edib
İlham Əliyev: Ümumi daxili məhsul 4 faizdən çox artmışdır
Prezident İlham Əliyev: “Üçtərəfli Bəyanatın o şərtlərlə qəbul edilməsi bizim böyük siyasi uğurumuzdur”
İlham Əliyev: "Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi istehlak xərclərinin 77 %-ini formalaşdırıb
-
Azərbaycan qlobal miqyasda artan nüfüzunu bir daha təsdiq etdi - RƏY
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
WUF13: Bakının qlobal şəhərsalma gündəmini formalaşdıran tarixi uğuru - TƏHLİL
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
