Prezidentin təyyarə qəzası ilə bağlı mövqeyi milli maraqların hər şeydən yüksək olduğunu növbəti dəfə təsdiqlədi - RƏY
Tam başa çatmamış araşdırmalar sübut etdi ki, AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi kənar müdaxilə nəticəsində qəzaya uğrayıb. Lakin həmin müdaxilə bəzilərinin sadəlövhcəsinə bəhs etdiyi nə quş sürüsü, nə dumanlı hava şəraiti, nə də oksigen balonun partlamasıdır.
Bu sözləri "Report"a “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
O qeyd edib ki, bu məqamlar Prezident İlham Əliyevin dekabrın 29-da Azərbaycan Televiziyasına verdiyi müsahibədə də əksini tapıb.
Siyasi şərhçinin sözlərinə görə, dövlət başçısı vurğulayıb ki, öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək – bütün bunlar görüləsi tədbirlər və addımlar idi.
F.Şahbazlı bildirib ki, təyyarə vurulduqdan sonra ona nə Qroznıda, nə də Qroznıya yaxın digər Rusiya şəhərlərinin hava limanlarında eniş etməyə icazə verilməsi, daha uzaq Aktauya istiqamətləndirilməsi təəssüf doğuran məqamdır:
“Axı dünyada beynəlxalq humanitar hüquq deyilən bir anlayış var və bütün ölkələr qeyd-şərtsiz həmin hüquqa riayət etməlidir və edirlər də. Rusiya tərəfi də bunu etməli idi. Ən azından ona görə ki, hadisə onun ərazisində baş verir. O zaman nə üçün etmədi?! Şübhəsiz ki, bu haqda çox baş sındırmağa dəyməz, çünki cavab elə sualın öz içindədir”.
“Beləliklə, bəlkə də tarixdə ilk dəfə olaraq özünü superdövlət hesab edən Rusiya hansısa başqa bir dövlətdən rəsmi qaydada üzr istəməli oldu. Halbuki, 2010-cu ildə Polşa Prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinskinin də olduğu təyyarə Smolensk-Severnı aerodromunda müəmmalı şəkildə qəzaya uğramışdı. Prezident və Polşanın ali dövlət strukturlarının rəhbərləri də daxil olmaqla təyyarədə olan 96 nəfərin hamısı ölmüşdü. Lakin o zaman istintaq araşdırmaları qəzanın kənar müdaxilə səbindən baş veriyini sübut etsə də, Rusiya Polşadan nə üzr istəmişdi, nə də konpensasiya ödəmişdi.
Bu mənada bəhs etdiyimiz nüans çox vacibdir və bu məqam Azərbaycan Prezidenti İlham Əliyevin sözün tam mənasında müstəqil və çox doğru daxili və xarici siyasət yeritdiyinin, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində real güc və nüfuz sahibi olduğunun əyani göstəricisidir. Prezidentin hadisə ilə bağlı tutduğu prinspial mövqe onun üçün milli maraqlarımızın hər şeydən yüksək olduğunu növbəti dəfə təsdiq etdi”, - F.Şahbazlı əlavə edib.
Siyasi şərhçinin fikrincə, 2024-cü ilin son günlərində baş verən bu kədərli hadisə hamımızı sarsıtsa da, bir sıra mühüm məqamları bir daha təsdiq etmiş oldu: “Bu hadisə bir daha sübut etdi ki, bizim yerdə Vətənimizin hər qarışını göz bəbəyi kimi qoruyan qəhrəmanlarımızla bərabər, səmaya hökm edən, başqalarının sağ qalması naminə, sevə-sevə ölümə doğru gedən şahinlərimiz, igid oğullarımız, qızlarımız var”.
Oxşar xəbərlər
Prezident: "Dost ölkə Azərbaycandan vaxtında üzr istəmək görüləsi tədbirlər idi"
Prezident: Günahını etiraf etmək, dost ölkə Azərbaycandan vaxtında üzr istəmək görüləsi tədbirlər idi
Qazaxıstanda AZAL-ın qəzaya uğrayan təyyarəsində sağ qalan sərnişin baş verənləri DANIŞDI
Rusiya KİV: İlham Əliyev təyyarə qəzasına görə Rusiyadan kompensasiya tələb edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Premyer Liqa: "Neftçi" mövsümü qələbə ilə başa vurub

