Azərbaycan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub
sizinxeber.az xəbər saytı

Azərbaycan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub


Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova telefonla zəng edib.

APA-nın Moskva müxbiri Rusiya XİN-ə istinadən xəbər verir ki, telefon danışığı prezidentlər arasında danışıqların davamı olaraq baş tutub.

Nazirlər vurğulayıblar ki, Aktau yaxınlığında təyyarə qəzasının bütün səbəblərini müəyyən etmək və gələcəkdə oxşar halların qarşısını almaq üçün təcili tədbirlər görmək lazımdır.

Onlar, həmçinin, bütün hallar nəzərə alınmaqla, baş verənlərin qəti və tam həllinin zəruriliyini qeyd ediblər.

Oxşar xəbərlər

Lavrov iranlı və türkiyəli həmkarları ilə Suriyadakı vəziyyəti müzakirə edib
Ceyhun Bayramov ilə özbəkistanlı həmkarı Baxtiyor Saidov arasında telefon danışığı olub
Türkiyə və Rusiya xarici işlər nazirləri regional məsələləri müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər