Braziliya ictimaiyyəti təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib
sizinxeber.az xəbər saytı

Braziliya ictimaiyyəti təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib


Braziliya ictimaiyyəti və diplomatik korpusunun nümayəndələri Aktau şəhəri yaxınlığındakı təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib.

“Sizinxeber.az” xəbər verir ki, bununla bağlı Braziliyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

"Bu faciə ilə əlaqədar səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazan, məktublar göndərən və Azərbaycanla həmrəylik nümayiş etdirən bütün səfirlərə, hökumət rəsmilərinə və Milli Konqresin üzvlərinə səmimi qəlbdən təşəkkürümüzü bildiririk", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Qeyd edək ki, hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Oxşar xəbərlər

Özbəkistanın Baş naziri və XİN başçısı təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Qazaxıstan səfiri Azərbaycanın diplomatik missiyasını ziyarət edərək başsağlığı verib
Bolqarıstan Prezidenti təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Fransa səfirliyi Azərbaycana başsağlığı verib
Belçika səfiri AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər