Rəsmi Bakı Suriyada siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına ümidvardır
sizinxeber.az xəbər saytı

Rəsmi Bakı Suriyada siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına ümidvardır


"Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkəmizin diplomatik təmasları intensivləşib".

Sizinxeber.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.

Bildirilib ki, İsrail-Fələstin münaqişə zonasında baş verən hadisələr ilə bağlı bir sıra yüksək səviyyəli tədbirlərdə ölkəmiz təmsil olunub, İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyimiz diqqətə çatdırılıb:

"Suriyada Bəşər Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması istiqamətində çağırış edilib. Azərbaycan Respublikası Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edib və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına ümidvar olduğunu bildirib. Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazır olduğumuz diqqətə çatdırılıb".

Oxşar xəbərlər

XİN: Azərbaycan Suriyada baş verən prosesləri izləyir, Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir - BƏYANAT
Rəsmi Bakı Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edib
D-8 Zirvə görüşündə Azərbaycanın Suriya ilə bağlı gözləntiləri açıqlanıb
XİN: Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir
İranın Xarici İşlər Nazirliyi Suriyada baş verənlərlə bağlı bəyanat yayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər