Qaluzin: Azərbaycanlı dostlarımızın ağrı və kədərini bölüşürük
İnsanların müsibətləri üzərində spekulyasiya cəhdləri qətiyyən yolverilməzdir.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevlə görüşü zamanı deyib.
"İlk növbədə Rusiya Federasiyasının rəhbərliyi və şəxsən öz adımdan AZAL aviaşirkətinin sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycan rəhbərliyinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı vermək istərdim. Təəssüf ki, bizim hamımızı əhatə edən bu faciə nəticəsində Azərbaycan, Rusiya və bir sıra digər dövlətlərin vətəndaşları həlak olub. Biz azərbaycanlı dostlarımızın ağrı və kədərini bölüşürük. Belə ağır bir vaxtda sizinləyik", - o bildirib.
Qaluzinin sözlərinə görə, Rusiya tərəfi hesab edir ki, hər hansı nəticə çıxarmazdan əvvəl rəsmi araşdırmanın nəticələrini gözləmək lazımdır.
"Aktauda müvafiq komissiya işləyir. Rusiya və Azərbaycanın səlahiyyətli orqanları bir-biri ilə qarşılıqlı əlaqədədir. Araşdırma aparılır və biz hesab edirik ki, hər hansı nəticə çıxarmamışdan əvvəl rəsmi araşdırmanın nəticələrini gözləmək lazımdır. İnsanların müsibəti üzərində spekulyasiya cəhdləri qətiyyən yolverilməzdir", - RF XİN-in nümayəndəsi vurğulayıb.
Oxşar xəbərlər
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verib
Azərbaycan səfiri Rusiya XİN müavininə Bakının sülh müqaviləsinə dair mövqeyini təqdim edib
Tokayev AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar İlham Əliyevə başsağlığı verib
Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib
Dağıstan Respublikasının rəhbəri İlham Əliyevə: Dərdinizi səmimi-qəlbdən bölüşür, Sizinlə birlikdə kədərlənirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
