Türkiyənin müdafiə naziri Azərbaycan səfirliyini ziyarət edib
Türkiyə milli müdafiə naziri Yaşar Gülər təyyarə qəzası ilə əlaqədar Azərbaycanın Ankaradakı səfirliyini ziyarət edib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yaşar Gülər, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürak və digər rəsmilər hadisə ilə bağlı kədərlərini Azərbaycan səfiri Rəşad Məmmədova çatdırıb, Azərbaycan xalqına başsağlığı veriblər.
"Azərbaycan və Türkiyə tarix boyu “bir millət, iki dövlət” anlayışı ilə birlikdə sevinc və kədər yaşayıb. Çətin anlarda bir-birinə dəstək olub, nə olursa olsun, çiyin-çiyinə olublar. Bu gün qardaş Azərbaycan xalqının yaşadığı dərin ağrıları qəlbimizdə hiss edir və eyni kədəri bölüşürük. Türkiyə olaraq bu çətin prosesdə qardaşlarımızın yanında olduğumuzu bir daha vurğulamaq istərdik", - Y.Gülər səfirlikdə açılan xatirə kitabına yazıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Millî Savunma Bakanı Yaşar Güler, Kazakistan’da düşen Azerbaycan Hava Yollarına ait uçak dolayısıyla Azerbaycan’ın Ankara Büyükelçiliğine taziye ziyaretine gitti.
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma)
Bakan Yaşar Güler, beraberindeki Genelkurmay Başkanı Orgeneral Metin Gürak ve Kuvvet Komutanları ile gittiği…
Oxşar xəbərlər
Türkiyənin milli müdafiə naziri: Azərbaycanla inteqrasiya bölgədə sülh və sabitliyin davamı üçün güclü amildir
Yaşar Gülər: Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanındayıq
Türkiyənin müdafiə naziri V “ADEX-2024” sərgisi ilə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
