Belarus parlamentinin palata rəhbərləri Azərbaycan səfirliyinə baş çəkiblər
Belarus parlamentinin yuxarı və aşağı palatasının sədrləri Natalya Koçanova və İqor Sergeyenko Minskdəki Azərbaycan səfirliyinin xatirə kitabına qeyd qoyublar.
“Sizinxeber.az” BELTA-ya istinadən xəbər verir ki, parlamentarilər Qazaxıstanda AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan itkisi ilə bağlı başsağlığı veriblər.
Onlar, həmçinin təyyarə qəzasında xəsarət alanlara tezliklə sağalmağı arzulayıblar.
Öz növbəsində Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev Belarus xalqına dəstəyə görə təşəkkür edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Oxşar xəbərlər
Təyyarə qəzasında həlak olan Məhəmmədəli futbolçu imiş
Özbəkistanın Baş naziri və XİN başçısı təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Qazaxıstan səfiri Azərbaycanın diplomatik missiyasını ziyarət edərək başsağlığı verib
Aviaqəzada həlak olanlardan biri Cəlilabad sakinidir
Təyyarə qəzasında vəfat edənlərdən biri futbolçu olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
