Valeri Zalujni Azərbaycanın Britaniyadakı səfirliyini ziyarət edib
Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujni AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan səfirliyini ziyarət edib.
APA xəbər verir ki, bu barədə səfir sosial media hesabında paylaşım edib.
Diplomat Azərbaycan səfirliyində açılan xatirə kitabına başsağlığı yazıb.
“İnsan həyatına son qoyan J28243 reysinin faciəsi ilə bağlı dərin hüznümü və Azərbaycan xalqı ilə həmrəy olduğumu bildirmək istəyirəm. Fikirlərim bu dəhşətli itkidən əziyyət çəkənlərin: həlak olanların ailələri, yaxınlarını itirənlər və bu ağrıya dözən Azərbaycan xalqının yanındadır” , - səfir qeyd edib.
Səfir bildirib ki, Ukrayna bu çətin zamanda Azərbaycanın yanındadır: “İtkini yüngülləşdirə biləcək söz tapmaq çətindir, amma bilməyinizi istəyirəm ki, Ukrayna kədərinizi bölüşür. Bu çətin zamanda biz sizinləyik”.
Oxşar xəbərlər
Ukraynanın Londondakı səfirliyi: Bu çətin zamanda düşüncələrimiz Azərbaycan xalqı ilədir
Gürcüstanın parlament sədri və xarici işlər naziri Azərbaycan səfirliyini ziyarət edib - FOTO
Gürcüstanın parlament sədri və xarici işlər naziri Azərbaycan səfirliyini ziyarət edib - FOTO - VİDEO
TDT Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib
ABŞ və Böyük Britaniya səfirlikləri təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
Rusiya Ermənistan istehsalı olan bir sıra şərab və konyakların satışına qadağa qoyub
-
Vuçiç mayın 24-28-də Çinə səfər edəcək
