Tacikistanın xarici işlər naziri Azərbaycanın Düşənbədəki səfirliyində olub
sizinxeber.az xəbər saytı

Tacikistanın xarici işlər naziri Azərbaycanın Düşənbədəki səfirliyində olub


Tacikistanın xarici işlər naziri Azərbaycanın Düşənbədəki səfirliyni ziyarət edərək xatirə kitabına başsağlığı yazıb.

“Sizinxeber.az” xəbər verir ki, Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin Azərbaycanın Düşənbədəki səfirliyini ziyarət edib və AZAL aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması və sərnişinlərin həlak olması ilə əlaqədar səfirlikdə açılan başsağlığı kitabına ürək sözlərini yazıb.

Nazir, Tacikistan Respublikası hökuməti adından səfir Əlimirzamin Əskərova və həlak olan sərnişinlərin yaxınlarına dərin hüznlə başsağlığı verib, bütün xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Oxşar xəbərlər

Tacikistanın xarici işlər naziri Azərbaycanın Düşənbədəki səfirliyndə olub
Gürcüstanın parlament sədri və xarici işlər naziri Azərbaycan səfirliyini ziyarət edib - FOTO
Fransa səfirliyi Azərbaycana başsağlığı verib
Ceyhun Bayramov AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib
Gürcüstanın parlament sədri və xarici işlər naziri Azərbaycan səfirliyini ziyarət edib - FOTO - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər