Azərbaycan səfirliyi yoxsul peruluların övladlarına bayram hədiyyələri paylayıb
sizinxeber.az xəbər saytı

Azərbaycan səfirliyi yoxsul peruluların övladlarına bayram hədiyyələri paylayıb


Azərbaycanın Perudakı səfirliyinin əməkdaşları Peru – Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, konqresmen Xose Xeri ilə birgə paytaxt Limanın Villa el Salvador rayonunun Ollita Virgen ərazisindəki aztəminatlı ailələrin uşaqlarına bayram ərməğanları paylayıblar.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Latın Amerikası ölkəsindəki səfirliyin mətbuat xidməti bildirib.

“Azərbaycanın Perudakı səfirliyi Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, konqresmen cənab Xose Xeri ilə birlikdə Villa el Salvador rayonunun Ollita Virgen ərazisində yaşayan aztəminatlı ailələrin uşaqlarına Milad və Yeni İl münasibətilə hədiyyələr təqdim etdi”, – diplomatik missiyanın sosial şəbəkə hesabında yazılıb.

Qeyd edək ki, adıçəkilən rayon paytaxtın sosial və iqtisadi baxımdan çətinlik çəkən ərazilərindən biri hesab olunur.

Oxşar xəbərlər

Səfir Azərbaycan-Almaniya parlament dostluq qrupunun sədri ilə görüşüb
Haaqada yeni fəaliyyətə başlamış Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
Fransada Milad bayramı münasibətilə uşaqlara alınan hədiyyələr oğurlanıb
ABŞ səfirliyi Azərbaycanı müstəqilliyinin bərpasının ildönümü münasibətilə təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər