Latviyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
31 dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə Azərbaycanın Latviyadakı səfirliyi və Latviya Azərbaycanlılarının “Azəri” Cəmiyyətinin birgə təşkilatçılığı ilə Riqa Latviya Cəmiyyəti Evində konsert tədbiri keçirilib.
"Report" xəbər verir ki, tədbirin açılışında çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov 31 dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Səfir cari ildə Azərbaycan və Latviya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu və iki ölkə arasında əlaqələrin dinamik inkişaf etdiyini bildirərək, bu ilin may ayında Latviya Seyminin sədri Dayqa Mierinanın rəhbərlik etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfər etdiyini qeyd edib. O, ikitərəfli əlaqələrin inkişafında Latviyadakı Azərbaycan diasporasının töhfəsini vurğulayıb.
Tədbirdə çıxış edən “Azəri” cəmiyyətinin sədri Ulduzxan Əhmədov tədbirin əhəmiyyətini vurğulayaraq, Latviyada yaşayan həmvətənlərimizin Azərbaycanın daha da güclənməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəyini söyləyib.
Daha sonra tədbir iştirakçılarına tanınmış incəsənət ustaları Təyyar Bayramov (xanəndə), Səbinə Ərəbli (xanəndə), Rüstəm Müslümov (tar), Toğrul Əsədullayev (kamança) və Amil Mustafayevin (nağara) ifaları ilə təqdim edilən konsert proqramı böyük coşqu ilə qarşılanıb.
Oxşar xəbərlər
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
Azərbaycanda bayram tətili başlayıb
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
İlham Əliyev: Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi alnıaçıq, üzüağ yaşayırlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb

