Şavkat Mirziyoyev: İlham Əliyevi tarixi ədalətin bərpa olunmasına xidmətlər göstərən əsl vətənpərvər kimi tanıyırıq
sizinxeber.az xəbər saytı

Şavkat Mirziyoyev: İlham Əliyevi tarixi ədalətin bərpa olunmasına xidmətlər göstərən əsl vətənpərvər kimi tanıyırıq


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi ölkənin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasına xidmətlər göstərən əsl vətənpərvər kimi tanıdığını deyib.

“Report”un məlumatına görə, bu barədə Özbəkistan Prezidentinin İlham Əliyevə doğum günü münasibətilə göndərdiyi təbrikdə deyilir:

“Sizi Azərbaycan Respublikasının hərtərəfli inkişafına, ölkənin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasına, əhalinin rifahının yüksəldilməsinə, eləcə də beynəlxalq arenada dövlətinizin nüfuzunun möhkəmləndirilməsinə həsr olunmuş misilsiz xidmətlər göstərən görkəmli dövlət və siyasət xadimi, xalqınızın əsl vətənpərvər və fədakar övladı kimi tanıyır, Sizə yüksək hörmət bəsləyirik.

Ölkənizin bütün prioritet sahələrdə əldə etdiyi mühüm nailiyyətlər Azərbaycanın əsas maraqlarına cavab verən, onun böyük məqsəd və hədəflərini tam əks etdirən uzaqgörən və səmərəli siyasətinizin parlaq nəticəsidir”.

Oxşar xəbərlər

Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
İlham Əliyev və Şavkat Mirziyoyev videobağlantı vasitəsi ilə Xankəndidə tikiş fabrikinin açılışında iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər