İraq Prezidenti Azərbaycan səfirini fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
sizinxeber.az xəbər saytı

İraq Prezidenti Azərbaycan səfirini fəaliyyətinin başa çatması münasibətilə qəbul edib


İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycanın bu ölkədəki səfiri Nəsir Məmmədovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə diplomat "X" hesabında paylaşım edib.

"İraq Prezidenti tərəfindən vida görüşü üçün qəbul edilməkdən şərəf duyuram. Mövcud və daim inkişaf edən Azərbaycan-İraq münasibətləri ilə bağlı yenidən fikir mübadiləsi aparmaqdan məmnun oldum", - səfir qeyd edib.

Xatırladaq ki, dekabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev İraqdakı səfir Nəsir Məmmədovun geri çağırılması ilə bağlı Sərəncam imzalayıb.

Oxşar xəbərlər

Azərbaycan səfiri İraq Prezidenti ilə görüşüb
Azərbaycan lideri İraq Prezidenti ilə görüşüb
Prezident İlham Əliyev iraqlı həmkarını təbrik edib
İraq Prezidenti: Ölkəmiz İrana hücum üçün plasdarm olmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər