Düşənbədə xeyriyyə yarmarkasında Azərbaycan pavilyonu təşkil olunub
Tacikistanın Düşənbə şəhərində xeyriyyə yarmarkası təşkil olunub.
"Sizinxeber.az" xəbər verir ki, tədbirdə Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin açılış nitqi ilə çıxış edərək ölkələrin pavilyonları ilə tanış olub.
Tacikistanda akkreditə olunmuş bir neçə diplomatik nümayəndəliklə yanaşı, Azərbaycan səfirliyi də tədbirdə fəal iştirak edib.
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov səfirlik tərəfindən satışa çıxarılan məhsullar barədə nazir S.Muhriddinə məlumat verib.
Tədbirdə qonaqlara Azərbaycanın milli incəsənət, sənətkarlıq və sənaye məhsulları, milli mətbəx və şirniyyatlarından nümunələr, suvenirlər, səfirlik tərəfindən tacik dilinə tərcümə edilmiş kitablar, o cümlədən turizm imkanları haqqında məlumatlar çatdırılıb.
Oxşar xəbərlər
Tacikistanda “Nizami və dünya ədəbiyyatı” mövzusunda tədbir keçirilib
Düşənbədə “Xarı Bülbül əfsanəsi” sənədli filmi nümayiş etdirilib
Milli Məclisin sədri Tacikistanda işgüzar səfərdədir
Azərbaycanla Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
