Azərbaycan səfiri Kolumbiyanın Tunxa Şəhər Ticarət Palatasında görüş keçirib
İqamətgahı Mexiko şəhərində olmaqla, Azərbaycanın Kolumbiyadakı səfiri Məmməd Talıbov bu ölkəyə işgüzar səfəri çərçivəsində Tunxa Ticarət Palatasında görüş keçirib.
Bu barədə "Sizinxeber.az"a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.
Kolumbiyanın, xüsusilə də Tunxa şəhərinin ölkəmiz ilə iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədi daşıyan tədbirdə Tunxa Ticarət Palatasının sədri Con Martines, şəhər meri Mixail Krasnov, yerli sahibkarlar və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tunxa Şəhər Ticarət Palatasının sədri C.Martines Azərbaycan nümayəndə heyətini salamlamaqdan məmnunluq duyduqlarını bildirib, ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan və aparıcı iqtisadi gücə çevrilməsindən xəbərdar olduqlarını, bu səbəbdən ikitərəfli işgüzar münasibətlərin genişləndərilməsində, eləcə də azərbaycanlı sahibkarlar ilə birbaşa ticari-iqtisadi əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirib.
Daha sonra yerli şirkətlər və iş adamları tərəfindən istehsal etdikləri məhsullar, onların keyfiyyət göstəriciləri, o cümlədən ixrac potensialı barədə ətraflı məlumat verilib, vizual təqdimatlar keçirilib. Həmçinin tədbir zamanı şəhərdə yaradılmış azad iqtisadi zonanın və Aqroparkın fəaliyyətindən bəhs edilib, ixracyönümlü aqrar istehsal məhsulları – qəhvə, müxtəlif növ güllər, orqanik sertifikatlı quru və konservləşdirilmiş meyvələr, spirtli içkilər və s. – nümayiş etdirilib.
Səfir M.Talıbov tədbirin təşkilinə görə minnətdarlığını bildirib, iki ölkə arasında ticari-iqtisadi əlaqlərin və investisiya tərəfdaşlığının inkişafı üçün geniş potensial olduğunu vurğulayıb. Ölkəmizdə son illərdə aqrar sektorda, qeyri-neft sənayesində istehsal və ixrac imkanlarının əhəmiyyətli dərəcədə artıdığını qeyd edən diplomat Azərbaycanda yaradılan əlverişli biznes və invesitiya mühiti, tranzit və nəqliyyat-logistika imkanları, bu kontekstdə Azərbaycanın geosiyasi mövqeyinin təqdim etdiyi əlavə üstünlüklər, eləcə də Ələt Azad İqtisadi Zonasının azad ticarət imkanları barədə ətraflı məlumat verib.
Tədbir ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının, biznes və investisiya sahəsində əlaqələrin gücləndirilməsi ilə bağlı səmərəli müzakirələrlə davam edib.
Görüşdən sonra Səfir M.Talıbov yerli media nümayəndələrinə müsahibə verib.
Oxşar xəbərlər
Azərbaycan və Krasnoyarsk iqtisadi əməkdaşlığı gücləndirir
Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 26,5 faiz artıb
Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası keçirilib
Azərbaycan səfiri Kolumbiya XİN-in idarə rəisi ilə bir sıra sahələrdə əməkdaşlığı müzakirə edib
Azərbaycan BƏƏ ilə iqtisadi-ticarət sahəsində tərəfdaşlığın inkişaf istiqamətlərini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
