Ceyhun Bayramov Finlandiya XİN başçısı ilə görüşüb
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov Finlandiya XİN başçısı ilə görüşüb


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasında iştirakı çərçivəsində finlandiyalı həmkarı Elina Valtonen ilə görüşüb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.

“Görüşdə tərəflər Finlandiyanın ATƏT-ə qarşıdakı sədrliyi zamanı əməkdaşlığın perspektivlərini, eləcə də ikitərəfli gündəlikdəki məsələləri müzakirə ediblər”, - məlumatda bildirilib.

Bayramov Valtonenə Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət, davam edən mina təhlükəsi və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin hazırkı vəziyyəti barədə məlumat verib.

Oxşar xəbərlər

Azərbaycan və Finlandiya XİN rəhbərləri Maltada görüşüb
Ceyhun Bayramov Almaniyanın XİN başçısı ilə danışıqlar aparıb
Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıb
Ceyhun Bayramov Qvineya-Bisaulu həmkarına regionda münaqişədən sonrakı vəziyyət barədə məlumat verib - YENİLƏNİB
Azərbaycan və Maldiv arasında iki memorandum imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər