XİN: ABŞ-nin daxili işlərə, istintaq prosesinə müdaxilə vasitəsi kimi insan haqları məsələlərini istifadə və təhrif etmək hüququ yoxdur
sizinxeber.az xəbər saytı

XİN: ABŞ-nin daxili işlərə, istintaq prosesinə müdaxilə vasitəsi kimi insan haqları məsələlərini istifadə və təhrif etmək hüququ yoxdur


ABŞ-nin daxili işlərə, istintaq prosesinə və məhkəmə sisteminin müstəqilliyinə müdaxilə vasitəsi kimi insan haqları məsələlərini istifadə etmək və təhrif etmək hüququ yoxdur.

Sizinxeber.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə “X” platformasındakı paylaşımında qeyd edib.

O, Azərbaycanda fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildirib.

“Eyni zamanda, ABŞ-da olduğu kimi cinayət əməllərinə görə cəza çəkən vətəndaşlar heç bir ayrı-seçkiliyə məruz qalmadan cəzaçəkmə rejimlərinin müvafiq qanunlarının tələblərinə tabedirlər”, - Ayxan Hacızadə qeyd edib.

Ayxan Hacızadə əlavə edib ki, bəzi xarici hökumətlərin və siyasətçilərin milli qanunvericilik əsasında məhkəmə tərəfindən cinayət ittihamı ilə məhkum edilmiş şəxslərin azadlığa buraxılması tələbləri onların qanunun aliliyinə sadiqliyini şübhə altına salır.

Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi hazırda istintaq altında olan Qubad İbadoğlu ilə görüşüb və görüş barədə səfirlik "X" hesabında məlumat yayıb.

Oxşar xəbərlər

Ayxan Hacızadə Fransa XİN-in Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına münasibət bildirib
Ayxan Hacızadə Klaara cavab verib
Ayxan Hacızadə Almaniya XİN-ə cavab verib
Azərbaycan XİN sözçüsü Peter Stanoya cavab verib
Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin çıxışına cavab verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər