Azərbaycan və Vyetnam qarşılıqlı əməkdaşlığı dərinləşdirməyi hədəfləyib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Vyetnam qarşılıqlı əməkdaşlığı dərinləşdirməyi hədəfləyib


Kazanda keçirilən BRICS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnamın Baş naziri Fam Min Tin arasında baş tutan görüşdə iki ölkə arasında ənənəvi dostluq və əməkdaşlığın dərinləşdirilməsi əzmi təsdiqlənib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Vyetnam hökumətinin onlayn qəzetinin materialında bildirilib.

"Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Fam Min Tin iqtisadi, ticarət, elmi və texnoloji əməkdaşlıq üzrə ikitərəfli Hökumətlərarası Komissiyanın rolunun gücləndirilməsi, həmçinin neft və qaz, kənd təsərrüfatı, turizm və regionlararası qarşılıqlı fəaliyyət sahələrində əməkdaşlığın genişləndirilməsi yolu ilə iki ölkə arasında ənənəvi dostluq və əməkdaşlığı dərinləşdirmək əzmini təsdiqləyiblər", - məqalədə qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-24-də Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatında iştirak edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Kazanda XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafətdə iştirak edir
Kazanda XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilir
Prezident BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirak edib - YENİLƏNİB
Baş nazir Əli Əsədov Serbiyanın mədəniyyət naziri ilə görüşüb
Azərbaycan Prezidenti Kazanda Outreach/BRICS formatının ilk plenar iclasında çıxış edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər