GUAM PA-nın Baş katibi: Parlament seçkilərində nəzərəçarpan uyğunsuzluqlar aşkar edilməyib
sizinxeber.az xəbər saytı

GUAM PA-nın Baş katibi: Parlament seçkilərində nəzərəçarpan uyğunsuzluqlar aşkar edilməyib


Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində nəzərəçarpan uyğunsuzluqlar aşkar edilməyib.

"Sizinxeber.az" xəbər verir ki, bunu Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) Parlament Assambleyasının Baş katibi Altay Əfəndiyev növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, GUAM müşahidəçiləri Bakı şəhərinin Yasamal, Səbail və Nərimanov rayonlarında müxtəlif məntəqələrdə olublar: "Müşahidələrimizə görə, parlament seçkiləri milli qanunvericiliyə uyğun təşkil edilərək keçirilib. Qrup olaraq hesab edirik ki, seçki prosesində vətəndaşlar üçün şərait yaradılmışdı. Məntəqələrdə komissiya üzvləri üçün də lazımi şərait var idi. Müşahidələrimiz göstərir ki, hansısa əhəmiyyətli dərəcədə nəzərəçarpan uyğunsuzluq aşkar edilməyib. Çox kiçik şərhlər barədə komissiya üzvlərinə qeydlər verilib, amma bunun seçki prosesinə heç bir təsiri yoxdur".

A.Əfəndiyev bildirib ki, seçicilər yetərincə məlumatlandırılıb: "Seçicilərin iştirakı kifayət qədər normal, bəzi məntəqələrdə daha yüksək idi".

GUAM rəsmisi vurğulayıb ki, Azərbaycanın illər sonra bütün ərazisində keçirdiyi parlament seçkiləri azad və ədalətli adlandırıla bilər.

Oxşar xəbərlər

GUAM-ın Azərbaycandakı seçkiləri müşahidə missiyasının tərkibi açıqlanıb
Baş katib: Bu seçkilər Azərbaycanda seçki prosesində çox böyük irəliləyiş olduğunu nümayiş etdirdi
Ukrayna səfiri GUAM-ın baş katibi ilə görüşüb
MDB PA-dan olan müşahidəçi: Azərbaycanda seçkilər demokratik prinsiplərə uyğun keçirilib
Anfimov: Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər