Rusiyalı ekspert: Azərbaycanın Astanadakı sammitdə iştirakı türk və transxəzər vektorlarının güclənməsindən xəbər verir
Yaxın illərdə Mərkəzi Asiyada regional qüvvələr tranzit layihələrindən hansının daha uğurlu olmasından asılı olaraq modernləşəcək.
“Sizinxeber.az”un Qazaxıstan müxbirinin verdiyi məlumata görə, bunu M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun elmi işçisi Darya Saprınskaya “Sputnik-Qazaxıstan” multimedia mətbuat mərkəzinin meydanında keçirilmiş Astana-Moskva-Bişkek-Daşkənd-Düşənbə videokörpüsü zamanı deyib.
Onun sözlərinə görə, əgər əvvəllər Mərkəzi Asiya ölkələri fərqli qəbul edilirdisə və hər bir oyunçu öz gündəliyindən danışırdısa, indi nəqliyyat dəhlizlərinin diplomatiyası ilə uzlaşan müəyyən ümumi birlik hissi var.
Rusiyalı ekspert Mərkəzi Asiya regionunda mövcud iki tendensiyaya diqqət çəkib.
“Rusiya tərəfi üçün bu yaxınlarda Astanada keçirilən Mərkəzi Asiya dövlət başçılarının sammitinə dəvət olunmuş qonaqlar arasında Azərbaycan Prezidenti İlham Əliyevin də olması maraqlı idi. Bu, Mərkəzi Asiya əməkdaşlığı çərçivəsində türk vektorunun necə qurulduğunu göstərir, eləcə də Transxəzər dəhlizinin gücləndirilməsi və Orta Dəhlizə diqqətin artırılması zərurətindən xəbər verir”, - D.Saprınskaya bildirib.
O vurğulayıb ki, Mərkəzi Asiya Azərbaycanla birlikdə tədricən tamamilə yeni infrastruktur qurur, yeni kommutasiya marşrutları və yollar tikir.
“Uyğunsuzluqların qarşısını almaq üçün regionun bütün ölkələrinin vahid yol xəritəsi yaratması lazımdır”, - o əlavə edib.
Xatırladaq ki, avqustun 9-da Astanada Mərkəzi Asiya dövlət başçılarının sammiti baş tutub. Tədbirin yekunu olaraq bir sıra sənədlər, o cümlədən “Mərkəzi Asiya-2040” regional əməkdaşlığın inkişafı konsepsiyası və Mərkəzi Asiyanın XXI əsrdə inkişafı naminə dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Kulpaş Konırova
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Asiya ölkələrinin regional inteqrasiya proseslərində xüsusi rol oynayır - RƏY [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan Prezidenti: "Mərkəzi Asiyada ticarət-nəqliyyat əməkdaşlığını genişləndirməyə tərəfdarıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: "Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının görüşlərinə dəvət olunması ölkələrimiz arasında qardaşlıq münasibətlərindən xəbər verir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti: "Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit əməkdaşlığıdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












