XİN başçısı: Gürcüstanın Azərbaycanla strateji səviyyəli münasibətləri var » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
apr
2026
23:50
0
0
1 803
ff aaaaaaa

XİN başçısı: Gürcüstanın Azərbaycanla strateji səviyyəli münasibətləri var

15 apr, 2026
23:50
1 803

XİN başçısı: Gürcüstanın Azərbaycanla strateji səviyyəli münasibətləri var

Gürcüstan üçün ilk növbədə yaxın qonşuları — Azərbaycan, Türkiyə və Ermənistanla münasibətlər vacibdir.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "Rustavi 2" telekanalının efirində deyib.

Nazir Gürcüstanın hər üç ölkə ilə çox yaxşı və strateji səviyyəli münasibətlərinin olduğunu qeyd edib.

"Bundan sonra daha geniş bir region başlayır və bu, Orta Asiyadır. Bu bölgə ilə münasibətlər böyük əhəmiyyətə malikdir. Bizim üçün prioritet istiqamətlərdən biri Orta Dəhlizdə mühüm bir bənd kimi funksiyamızı layiqincə yerinə yetirmək üçün Orta Asiya ölkələri ilə sıx əməkdaşlığın inkişaf etdirilməsidir", - XİN rəhbəri əlavə edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul